Rəsmi Bakının Berlindən gözləntiləri və ya Berlin-Paris rəqabəti bizə nə qazandırır? – Təhlil
15-03-2023 [12:55]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasına işgüzar səfəri martın 14-də başa çatıb.
Səfər çərçivəsində dövlət başçısı Almaniya Prezidenti, kansleri, rəsmi şəxsləri, Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri və s. ilə olduqca səmərəli görüşlər keçirib. Bu baxımdan Prezidentin Almaniyaya səfərini uğurlu hesab etmək olar.
Bakı-Berlin strateji dialoqu
Almaniya Azərbaycanın Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir. Almaniya eyni zamanda Avropa İttifaqının Şərqi Avropa ölkələri ilə sıx əməkdaşlığını nəzərdə tutan “Şərq Tərəfdaşlığı” təşəbbüsünün fəal müdafiəçisi və təşviqatçısıdır. İki ölkə arasında siyasi münasibətlərin yüksək səviyyəsi qarşılıqlı səfərlər və intensiv parlamentlərarası əməkdaşlıqda da öz əksini tapıb.

Almaniya Azərbaycanın müstəqilliyini 1992-ci ilin 12 yanvarında tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci ilin 20 fevralında qurulub. 2 sentyabr 1992-ci ildə Azərbaycanın Almaniyada səfirliyi, 22 sentyabr 1992-ci ildə Almaniyanın Azərbaycanda səfirliyi açılıb. Diplomatik münasibətlərin yaranmasından sonra Azərbaycan və Almaniya arasında əlaqələr mütəmadi olaraq inkişaf edib. Bu baxımdan Azərbaycan Prezidentinin Almaniyaya səfəri həm də diplomatik strateji dialoq xarakteri daşıyıb.
Bu gün Azərbaycan Almaniyanı Qərbi Avropada əsas tərəfdaşlarından biri hesab edir. Digər tərəfdən rəsmi Berlin Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində potensial vasitəçi ola biləcək ölkələrdəndir. Fransanın sərgilədiyi antiazərbaycan və qeyri-konstuktiv mövqe fonunda Almaniya Azərbaycan üçün daha loyal və konstruktiv vasitəçi ölkədir.
Berlin Cənubi Qafqazda nüfuz qazanmaq istəyir

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri həm də bir neçə gün əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyanın bu ölkəyə səfəri fonunda diqqət çəkir. Qısa müddətdə ərzində Azərbaycan Prezidenti ilə Ermənistanın baş nazirinin Berlinə dəvət olunması Almaniya hökumətinin Cənubi Qafqaza artan marağından irəli gəlir.
Rəsmi Berlin hər iki tərəfi dəvət edərək faktiki olaraq tərəflərə bərabər səviyyədə yanaşdığını göstərir.
Diqqətçəkən digər bir məqam isə Almaniya Kansleri Olaf Şolts Berlində Azərbaycan Prezidenti İlham Əliyev ilə keçirdiyi mətbuat konfransında “Beynəlxalq səviyyədə Almaniya öz fikrini bildirdi və Dağlıq Qarabağı respublika kimi tanımadı. Yəni, bununla da öz mövqeyini ortaya qoydu” sözlərini deməsi oldu. Prinsip etibarilə bu, Paşinyanın Almaniyaya səfəri zamanı Azərbaycan əleyhinə açıqlamalar verməsinə bir cavabdır.
Yəni, Almaniya bununla Fransadan fərqli olaraq iki ölkə arasında sülhün əldə edilməsində tərəfsiz konstruktiv ölkə ola biləcəyi mesajını verir. “Almaniya Dağlıq Qarabağı respublika kimi tanımadı” sözləri isə Berlinin Parisdən fərqli olaraq Bakının daxili işlərinə qarışmaq niyyətində olmadığını deməyə əsas verir.

Ümumiyyətlə Almaniyanın Cənubi Qafqazda artan maraqları həm də bu ölkənin Avropa İttifaqı daxilində Fransa ilə pərdəarxası liderlik mübarizəsindən irəli gəlir. Parisin özünü Avropa İttifaqının lider ölkəsi kimi aparması Berlini narazı salır. Məsələ ondadır ki, Almaniya hazırda Avropa İttifaqının əsas iqtisadi yükünü daşıyan lokomotiv rolunu oynayan ölkəsidir. Bu reallıqlar fonunda Berlin Parisin özünü Avropanın lider ölkəsi kimi təqdim etməsi ilə barışa bilməz.
Fransanın Ermənistan-Azərbaycan münaqişəsində sərgilədiyi destruktiv mövqedən fərqli olaraq tərəflər ilə ayrı-ayrılıqda görüşməsi balans yaratmaq kimi qiymətləndirilə bilər.
Bakının Berlindən gözləntiləri

Almaniya Avropa İttifaqının aparıcı ölkələrindəndir və ittifaqın iqtisadi yükünü daşıyan əsas ölkədir. Berlin 3.85 trilyon dollar ÜDM ilə dünyanın 4-cü, Avropanın isə ən böyük iqtisadiyyatına malikdir.
Berlinin dünya və Avropa iqtisadiyyatında yeri və çəkisi Bakını bu ölkə ilə yaxınlaşdırır. Azərbaycanda neft gəlirləri və böyük investisiya layihələri sayəsində başlanan iqtisadi inkişaf öz əksini Almaniya ilə iqtisadi əlaqələrdə də tapmışdır. Azərbaycan Almaniya üçün Qafqazda ən vacib iqtisadi tərəfdaşdır. 2012-ci ilin payızında Alman-Azərbaycan Ticarət Palatasının təsis olunması ilə iqtisadi münasibətlər sabit institusional bünövrəyə qoyulmuşdur. 2016-cı ildə Almaniya Azərbaycandan təxminən 5 milyon ton neft idxal etmişdi. Azərbaycan Almaniyanın xam neft təchizatçıları arasında 5-ci yerdədir və bu ümumi təchizatların 12%-ni təşkil edir.

İki ölkə arasında ticarət həcmi 2016-ci ildə 1.931 milyon avro təşkil etmişdir. 2016-ci ildə 317 milyon avro həcmində Azərbaycana ilk növbədə texniki avadanlıq, nəqliyyat vasitələri və ehtiyat hissələri, dəmir-polad məhsulları, habelə sənaye qurğuları ixrac edilmişdir. Öz məhsullarını Azərbaycana ixrac edən ölkələr arasında Almaniya 6-cı yerdədir. Bəzi alman enerji şirkətləri neft-qaz sektorunda geoloji-kəşfiyyat və istehsal fəaliyyətlərinə maraq göstərirlər.
2020-ci ildə ölkələr arasında xarici ticarət dövriyyəsi 817 milyon 622 min dollar idisə ötən il bu rəqəm 1 milyard 257 milyon dollaradək yüksəlib. Son iki ildə ticarət həcmini 54.0 faizə yaxın artıran tərəflər ötən il ümumi dövriyyəni qoruyub saxlayıblar.
Lakin bütün bu statistik göstəricilərə baxmayaraq rəsmi Bakının Berlindən gözləntiləri var:
Birincisi, Rusiya-Ukrayna müharibəsi fonunda Qərbin Rusiyadan enerji asılılığına son vermək istəməsi alternativ ölkələrə marağı artırıb. Avropa ölkələrinə ən təhlükəsiz və ucuz enerji nəql edən ölkə isə hazırda Azərbaycandır. Azərbaycan Rusiya qədər Avropaya enerji nəql edə bilməsə də mövcud TANAP və TAP layihələrinin ötürücülük qabiliyyətini artırmaq üçün əlavə investisiyaya ehtiyacı var. Bu investisiya isə alman isvestorlar tərfindən təmin edilə bilər.

İkincisi, Azərbaycan mövcud neft və qaz rezervləri Avropa İttifaqı ölkələrinin ümumi tələbatını ödəyəcək qədər deyil. Buna görə də yeni geoloji araşdırmalara yeni neft və qaz yataqlarının kəfinə ehtiyac var. Bu istiqamətdə də alman ekspertləri və geoloqları ilə əməkdaşlıq zəruridir.
Üçüncüsü, rəsmi Bakı hazırda yaşıl enerji istiqamətində ixtisaslaşmış ölkə olmaqda qərarlıdır. Bu istiqamətdə artıq bir sıra Avropa ölkələri ilə də sazişlər imzalanıb. Azərbaycanın bu sahədə potensialıda kifayət qədər böyükdür. Bu məsələdə də Almaniya ilə əməkdaşlıq müsbət nəticələr verə bilər.
Turan Rzayev,
Politoloq
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi