Şəhriyarın xatirəsinə həsr olunan internet səhifəsi təsis olunub - Açqlama
15-03-2023 [09:00]
Azərbaycanda dahi şairimiz Məhəmmədhüseyn Şəhriyarın xatirəsinə həsr olunan internet səhifəsi təsis olunub.
Bu barədə Mia.az-a saytın təsisçisi, tanınmış jurnalist Fərid Azəri məlumat verib.
O, bildirib ki, layihənin hazırlanmasına 10 ildən artıq vaxt sərf edib: "Saytın yaradılması istiqamətində iş 2012-ci ildən başlayıb. Toplanan materiallar əvvəlcə “Facebook” sosial şəbəkəsindəki səhifədə paylaşıldı və böyük maraqla qarşılandı. Növbəti mərhələdə isə tanınmış azərbaycanlı iş adamı Mübariz Mənsimovun bilavasitə dəstəyilə internet saytının yaradılması üzərində işlərə başladıq”.
Jurnalist bildirib ki, internet səhifəsinin üzərində iş tamamlanıb və hazırda arxiv materiallarının yerləşdirilməsi prosesi gedir. Yaxın vaxtlarda bu istiqamətdə işlərin yekunlaşması və saytın təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulub: “Portalda şairin indiyədək heç yerdə yayımlanmayan fotoşəkilləri, səs yazıları, əlyazmaları, kitablarının elektron versiyası, eləcə həyatının müxtəlif dövrlərində verdiyi audio-video müsahibələr, Azərbaycan Dövlət Radiosu, eləcə də İran və Türkiyə telekanallarının efirində vaxtilə ona həsr olunmuş verilişlərin videoyazıları və digər olduqca faydalı məlumatlar toplanıb. Hesab edirəm ki, layihədən həm Şəhriyar poeziyasının vurğunları, həm də ümumiyyətlə istənilən şəxslər faydalana biləcək”.
Layihə rəhbəri onu da əlavə edib ki, saytda yerləşdiriləcək faktların toplanması o qədər də asan olmayıb. O bu məqsədlə ölkəmizdə və İranda fəaliyyət göstərən kitabxanaların elektron versiyalarına, eləcə də tapılması xüsusilə xeyli vaxt tələb edən arxiv sənədlərinə müraciət edib: “Arxivləri tapmaq, onları araşdırmaq kifayət qədər mürəkkəb və xeyli vaxt tələb edən prosesdir. Lakin buna baxmayaraq, kifayət qədər geniş məlumat bazamız var. Yaxın vaxtlarda hər kəs Ustad Şəhriyar barəsindəki bütün məlumatlarla sözü gedən sayt vasitəsilə tanış ola biləcəklər”.
Ləman
mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi