Ankarada bank işçisi başından güllələnib - Karta görə

img

15-03-2023 [00:37]


Ankaranın Çankaya rayonunda bir şəxs bank işçisini başından güllələyib.

Mia.az yerli TV-lərə istinadla xəbər verir ki, Ankarada bankların birindən bank kartı tələbi rədd edilən şəxs əsəblərini cilovlaya bilməyib.

Məlumata görə, adı açıqlanmayan şəxs bankdan çıxaraq maşınından tüfəngini götürüb geri qayıdıb.

O, banka daxil olan kimi, ona bank kartı verməkdən imtina edən işçini başından güllələyib: "Ağır yaralanan bank işçisi xəstəxanaya qaldırılıb, vəziyyəti ağırdır."

Məlumata görə, silahlı şəxs saxlanılıb.

Lamiyə

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR