Tağı Əhmədovun hakim oğluna qarşı piket - Açıqlama

img

08-05-2014 [16:04]




"Məsələ yenidən araşdırılıb və məlum olub ki, Rauf Əhmədovla aramızda anlaşılmazlıq baş verib. Artıq anlaşılmazlıq aradan qalxıb. Bu səbəbdən də nəzərdə tutulan piketi keçirməkdən vaz keçdik”. 

Bu sözləri "AzerFax”a "Vətən Müharibəsi Əlilləri” birliyinin sədri Firudin Məmmədov deyib.

Xatırladaq ki, bir müddət əvvəl keçmiş döyüşçü Bəxtiyar Kazımov Bakı Metropolitenin keçmiş rəisi Tağı Əhmədovun oğlu, Xətai rayon məhkəməsinin hakimi R.Əhmədovun onun 22 min manatını mənimsədiyi bildirmişdi. Bu səbəbdən də Qarabağ əlilləri Xətai Rayon Məhkəməsinin və Ali Məhkəmənin qarşısında etiraz aksiyası keçirməyə hazırlaşırdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA