Amerikalı general Bakıya niyə gəlib? - Səfirlikdən açıqlama

img

14-03-2023 [15:16]


Amerikanın Avropa Komandanlığının planlaşdırma, strategiya və imkanlar üzrə direktor müavini, briqada generalı Edvard Voqan Bakıya gəlib.

Mia.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi məlumat yayıb.

Məlumata görə,  Briqada generalı səfər çərçivəsində Azərbaycan Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti və Ərazilərin Minalardan Təmizlənməsi Agentliyinin rəsmiləri ilə görüşlər keçirəcək.

E.Voqan ABŞ-Azərbaycan təhlükəsizlik tərəfdaşlığı və regional təhlükəsizlik məsələlərini müzakirə edəcək.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR