Sumqayıtda təqaüdçülərə qarşı quldurluq edənlər tutulub - Təfərrüat (FOTO)

img

14-03-2023 [14:52]


Sumqayıtda təqaüdçülərə qarşı quldurluq və soyğunçuluq edilib.

Mia.az Daxili İşlər Nazirliyinə istinadla bildirilr ki, Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) 1-ci Polis Bölməsinin (PB) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı şəhər ərazisində ahıl şəxsləri izləyərək onlara qarşı quldurluq və soyğunçuluq cinayətləri törətməkdə şübhəli bilinən Sadiq Şavaqatov və Zahid Kazımov saxlanılıblar.

Qeyd edilib ki, bu şəxslər bankomatlarda təqaüdlərini nağdlaşdıran zərərçəkənlərin pullarını ələ keçiriblər.

Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı isə Corat qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan daha bir nəfər - Bayandur Umudov da tutulub. Onun üzərindən 1 kiloqramdan artıq narkotik vasitə olan marixuana aşkarlanıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR