"RƏSM BAKI BİZİM TƏKLİFƏ CAVAB VERDİ" - Paşinyan XİN başçılarının Moskvada üçtərəfli görüşünün anonsunu verdi

img

14-03-2023 [12:34]


"Ermənistan Azərbaycanla sülh müqaviləsi imzlamağa hazırdır".

Mia.az Ermənistan mediasına istinadla xəbər verir ki, bu açıqlamanı Baş nazir Nikol Paşinyan bugünki brifinqdə açıqlayıb.

O bildirib ki, bu məqsədlə rəsmi Bakıya göndərdikləri son təkliflərinə iki gün əvəvl cavab verilib: "Biz Rəsmi Bakıya fevralın ortalarında sülh danışıqları üzrə yeni təkliflərimizi göndərmişdik. Azərbaycan buna iki gün əvvəl cavab verib. Hazırda bu cavabları təhlil edirik".

Paşinyan qeyd edib ki, Ermənistan azərbaycanla sülh sazişi imzlaamaq və bu münaqişəni birdəfəlik həll etmək üçün danışıqları sürətləndirməkdə maraqlıdır: "Biz bu məqsədlə Moskvada üç ölkənin XİN başçılarının yeni görüşünə hazırlaşırıq"..

Məlumat üçün qxatırladaq ki, Paşinyan düz iki ildir belə ənənəvi açıqlamalar verir. Lakin hər dəfə də bir bəhanə ilə danışıqlardan ya yayınr, ya da bir bəhanə ilə sazişi imzlaamağı uzadır.

Elə iki gün əvvəl Prezidentin köməkçisi Hikmət Hacıyev də geniş müsahibəsində Ermənistanı sülh sazişini imzalamaqdan yayınmada ittiham edib: "Ermənistan məqsədli şəkildə prosesi pozaraq Azərbaycanla sülh müqaviləsini imzalamaqdan yayınır və vaxt udmağa çalışır.

Ermənistan rəsmilərinin “Qarabağın ətrafında demilitarizasiya olunmuş zonanın yaradılması”, “BMT-nin fakt-araşdırıcı missiyasının Qarabağa, Laçın yoluna göndərilməsi” kimi açıqlamaları qəbuledilməzdir...".

Samir MUSAYEV

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub