Bakıda atəşfəşanlıq olacaq

img

08-05-2014 [12:53]


Mayın 10-da Bakıda böyük bayram konserti keçiriləcək. Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov ANS PRESS-ə açıqlamasında Heydər Əliyevin doğum günü münasibətilə mayın 10-da Milli parkda Gül bayramı keçiriləcəyini söyləyib. Onun sözlərinə görə, konsert Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutacaq. O, bildirib ki, Gül bayramında Bulvar İdarəsi gücləndirilmiş iş rejimində işləyəcək. Həmin gün tarixində gecə saatlarında Dənizkənarı Milli Park ərazisində keçiriləcək bayram konsertindən sonra böyük atəşfəşanlıq olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA