"İran ermənilərlə birlikdə bizim əleyhimizə təxribata əl atsa..." - Şərqşünas alim rəsmi Tehranın çirkin oyunlarından danışdı
13-03-2023 [00:05]
İran agentləri təkcə bizim ölkədə işləmir. Onlar əsasən Avropa ölkələrində məskunlaşan və yaxud təhsil alan azərbaycanlıları da mütəmadi hədəfində saxlayır. Əvvəllər agentləri bizə ixrac edirdilər. Son illərdə ölkəmizin içində öz vətəndaşlarımızdan Vətən xainləri təşkil edilib.
Mia.az-ın məlumatına görə, Avropadakı agentlərin hədəfindəkilər əsasən, bizim müxalifətçilərdi. Rahat sızıblar onların içinə. Müxalif fikirləri dərhal paylaşırlar. “Əqidə yoldaşıyıq”, - görüntüsünü yaratmaq üçün. Şübhə edilmir ki, müxalifətçilərin arasında iranşüvənlərin fürsətçi qılafını çözənlər var. Amma əksəriyyət iranşünasların torundadı artıq. Ya da ki, sadəcə, Azərbaycan hakimiyyətini tənqid etməkçün bir-birilərindən qarşılıqlı istifadə edirlər...
Yayılan iddialara görə. Rəsmi Bakının İranda itkin düşən və Almaniyada təhsil alan azərbaycanlı tələbə Fərid Səfərli ilə bağlı notasına baxmayaraq, rəsmi Tehran onu geri vermək istəmir. İddia edilir ki, İran azərbaycanlı tələbənin qarşılığında Azərbaycanda saxlanılan hansısa agentini dəyişdirməyi planlayıb.
Maraqlıdır, Fəridin kim və ya kimlərlə dəyişdirilməsi təklif oluna bilər?
Məlum, Londonda səfirliyimizə hücumda da İran ekstremistləri onlara işləyən şəxslərin azadlıgını Azərbaycandan tələb etmişdilər.
Azərbaycanda son aylarda İrana işləyən o qədər adam tutulub ki, bəlkə də İran onlar üçün bizə agız açmazdı. Amma görünür, kimlərinsə İran üçün əhəmiyyəti var ki, Fəridə bu boyda “əfsanə” yaradıblar.
Bu və ya digər məqamlarla bağlı Mia.az-a danışan şərqşünas alim Sübhan Talıblı bildirir ki, İran azad fikirlərin boguldugu, insan hüquqlarının pozuldugu bir ölkə olaraq hər zaman Azərbaycan türklərini şovinizm və separatçılıqda ittiham etməkdən çəkinməyib:
“Nəinki indiki islam inqilabçılarının, hətta Pəhləvilərin hakimiyyəti dövründə də Azərbaycanlı türklərə şovinist damgası vurulurdu. Onlar Azərbaycanın və Türkiyənin casusları hesab edilirdi. Ümumiyyətlə, İran azad fikirli bütün vətəndaşlarını Qərbin casusu elan edərək qanunsuz həbs edib və işgəncəyə məruz qoyub. Azərbaycanlı tələbənin İranda həbsinə də ilk növbədə məhz insan hüquqlarının pozulması baxımından yanaşılmalıdı. İran təbii ki, beynəlxalq insan hüquq azadlıqları prinsiplərinə uygun olaraq Fəridi dərhal azad etməlidi”.
Digər tərəfdən, S.Talıblı hesab edir ki, Fəridin Azərbaycanda həbsdə olan İran agenti və ya agentləri ilə dəyişdirilməsinə cəhd edəcəyinə dair ehtimalın ortaya çıxması da bir daha İranın hüquqazidd ölkə oldugunun açıq sübutudu: “İran yaxşı bilir ki, onun türməyə saldıgı adamları heç bir beynəlxalq təşkilat yoxlaya bilməyəcək. Onlar qapalı ölkədi və heç bir beynəlxalq təşkilatla əməkdaşlıq etmir, insan hüquqları prinsiplərini yaxına buraxmırlar. Bu baxımdan İranı sorgu-suala çəkən olmayacaq. İran qadınlarının keçirdiyi məlum aksiyalardan da göründüyü kimi, nə həbs olunan, nə qətlə yetirilən, nə də işgəncəyə məruz qalan insanlarla baglı beynəlxalq qurumların heç bir müraciətinə məhəl qoyulmadı”.
Amma Fəridin həbsi İranın hazırda Azərbaycana qarşı xüsusi aqressiyası vaxtına düşdüyü üçün bizləri narahat etməyə bilməz. İstədiyini ala bilməyən İran üçün bir uşagı həbsxana divarları arasında gizlətmək çətin deyil. Unutmayaq ki, Səfirliymizdə baş verənlərə heç hüquqi qiymət verilməyib, Təbriz konsullugu yalnız bəzi logistik işləri həyata keçirə bilir, İran gah erməniləri rəsmi görüşlərə çagırıb kinli mesajlar verir, gah sərhədimzi nümayişkaranə şəkildə pozur, gah Qarabag separatçılarının qondarma xəritəsini və bayragıyla bizi əsəbiləşdirməyə çalışır. Bütün bunların fonunda bir uşagın aqibəti kimin yadında olacaq ki?
S.Talıblınlın fikrincə, İranın regionda hər sahədə yaratdıgı gərginliyi Qərb ölkələri qulaqardına vurmamalıdı: “Məsələn, əgər biz öz torpaqlarımızda, Qarabagda antiterror əməliyyatına başlasaq və İran ermənilərlə birlikdə bizim əleyhimizə təxribata əl atsa, Qərb ölkələri beynəlxalq hüququn dili ilə İranın cavabını verməlidi. Düzdü, indiyədək Qarabag əməliyyatlarında İran gözləmə mövqeyində dayanmaga üstünlük verib. Amma hazırda onların Azərbaycana aqressiyası intensivdi və qıcıq yaratmaga çalışırlar. Açıq görünür ki, bizim antiterror əməliyyatına dair mesaj verdiyimizdən bəri ermənilərin yanında olduqlarını heç gizlətmirlər. Nə hüqüq, nə qonşuluq, nə səmimiyyət baxımından İranın mövqeyi təqdir oluna bilməz”.
Bu yerdə qeyd edək ki, İran Azərbaycana qarşı təxribatlarda öz mediasından fəal istifadə edir. Sanki "əsəb müharibəsi" yaratmaqla nəbzi yoxlamaga çalışır.
S.Talıblı bu fikiri bölüşür və bildirir ki, İran mediasının son aqressivliyi başadüşüləndi: “Tehran hər zaman Azərbaycanın bütövlüyündən çəkinib, bu, onların vahiməli düşüncəsidi. 44 günlük müharibədən sonra xüsusilə qorxuya düşüblər. Azərbaycanın artan nüfuzu onların antiAzərbaycan planlarını alt-üst edir. Media ilə təbligat bu baxımdan onlar üçün əhəmiyyətlidi. Amma baxın, onların mediadan istifadəsi separatçı ermənilərlə müsahibələrdən, onların bayragının nümayişindən o yana keçə bilmir. Onların media kontenti onsuz da dar çərçivəni əhatə edərək əsasən, öz dairəsindəki adamların beynini yumaga xidmət edir”.
Zülfiyyə Mustafayeva
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi