Bakıda “Heydər Əliyev 100: Həyatı və irsi” adlı tədbir keçirilib
12-03-2023 [12:54]
Bakıdakı Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar “Heydər Əliyev 100: Həyatı və irsi” adlı tədbir keçirilib.
Mia.az xəbər verir ki, toplantıda X Qlobal Bakı Forumunun iştirakçıları, Milli Məclisin deputatları, dövlət və media nümayəndələri iştirak ediblər.
Tədbirdə ulu öndərin həyata və yaradıcılığını əks etdirən əvvəlcə nümayiş etdirilib. Videoda bir çox liderlər Heydər Əliyev barədə fikirlərini səsləndiriblər. Belə ki, 2010-2012-ci illərdə Gürcüstanın Baş nazirinin müavini Eka Tkeşelaşvili videçarxdakı çıxışında qeyd edib ki, Heydər Əliyevin regionda qonşular və xalqlar arasında dostluq, qardaşlıq münasibətlərinin qurulmasında əməyi danılmazdır.
2004-2012-ci illərdə Serbiyanın Prezidenti Boris Tadiç isə qeyd edib ki, sovetlər dağılandan sonra yaranmış gərgin vəziyyətdə Heydər Əliyevin tarixi qərarlarlar ölkənin inkişafına xidmət edib.
Latviyanın sabiq Prezidenti Valdis Zatler də vurğulayıb ki, Heydər Əliyev öz ölkəsinin inkişafı üçün böyük lider olub: “Onu Azərbaycanı dünya ölkələri içərisində tanıdan lider kimi xatırlayıram”.
Sonra Albaniya Prezidenti Bayram Beqay çıxış edib. O vurğulayıb ki, Heydər Əliyevin dünyanın siyasi liderləri arasında xüsusi çəkisi olub: “Tarixdə Heydər Əliyevin adı Azərbaycanın inkişafı ilə bağlıdır: "Heydər Əliyevin adı Azərbaycanda institusional islahatlar, iqtisadi inkişafla bağldır".
Prezident qeyd edib ki, həm Albaniya, həm də Azərbaycan kommunist rejimlərin altında olub: “Diktaturadan çıxmaq və ölkənin yaradılması xüsusi rəhbər tələb edirdi. Onun sözlərinə görə, Heydər Əliyev qarşısında duran bütün vəzifələrin öhdəsindən gələ bildi”.
Albaniyanın dövlət başçısı söyləyib ki, Heydər Əliyev xalqlarımızın və bölgənin inkişafı üçün böyük töhfələr verib: “O, daim Azərbaycanın gələcəyi üçün düşünüb. Heydər Əliyev bütün imkanlarını ölkənin gələcəyi üçün səfərbər edib. İnanıram ki, bu gün Heydər Əliyev irsinin qorunması uğrunda səylər davam edəcək”.
Daha sonra X Qlobal Bakı Forumunun iştirakçılarının iştirakı ilə “Qlobal liderlərin Heydər Əliyevin irsinə ehtiramı” adlı panel iclası başlayıb. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldinin moderatorluğu ilə keçirilən panel iclasında Latviyanın Sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra-Vike Freyberqa, Ukraynanın sabiq Prezidenti Viktor Yuşşenko, Bolqarıstanın Sabiq Prezidenti Petar Stoyanov, Rumıniyanın Sabiq Prezidenti Emil Konstantinesku və digər şəxslər çıxış ediblər.
Ukraynanın keçmiş prezidenti Viktor Yuşşenko bildirib ki, Azərbaycanın ümummilli lideri Heydər Əliyev ən çətin işin - millətin formalaşmasının öhdəsindən gəldi: “Azərbaycan xalqının bəxti gətirib ki, onların lideri ən çətin vaxtlarda hər məsələdə balansı qorumağı bacaran Heydər Əliyev olub".
O qeyd edib ki, Ukrayna Mərkəzi Bankının rəhbəri olarkən Heydər Əliyevi Ukraynada qəbul etmək şərəfinə nail olub və Azərbaycanın ilk milli valyutasının çapına dair əmr alıb.
Çin Hökumətinin Avropa Məsələləri üzrə xüsusi nümayəndəsi, BMT-nin Baş katibinin keçmiş əvəzi Vu Honqbo isə deyib ki, Azərbaycanla Çin arasında çox yaxın münasibətlər var: “Biz Azərbaycanla qarşılıqlı inamı və dostluğumuzu gücləndirməyə hazırıq”.
O, çıxışı zamanı ulu öndər Heydər Əliyev barədə də fikirlərini söyləyib: Heydər Əliyev müasir Azərbaycanın lideridir. Onun güclü iradəsi və xalqına qarşı dərin sevgisi var idi. Heydər Əliyev həmişə Azərbaycan xalqı tərəfindən həqiqi lider kim xatırlanacaq. Onu da qeyd edim ki, Heydər Əliyev həm də Çinin dostu idi”.
Bolqarıstanın eks-prezidenti Peter Stoyanov vurğulayıb ki, bu gün ölkəsinin Azərbaycanla çox yaxşı münasibətləri var:
“Bolqarıstanla Azərbaycan arasında əməkdaşlıq çox yüksək səviyyədədir. Bu əlaqələrin möhkəmlənməsində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin mühüm rolu olub”.
Keçmiş dövlət başçısı söyləyib ki, Heydər Əliyev öz siyasi müdrikliyi ilə Azərbaycanı qlobal arenaya çıxarıb: “O, Azərbaycanı münaqişə dövründə (90-cı illərdə) ölkənin üzləşdiyi çətinliklərdən və təhlükələrdən xilas edib”.
1991-2001-ci illərdə Misirin xarici işlər naziri Əmir Musa Heydər Əliyevin geniş bilik və təcrübəsindən, analiz qabiliyyətindən, Afrika və Yaxın Şərq regionlarında baş verənlərdən dərindən xəbərdar olmasından təsirləndiyini bildirib.
Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumdziyan;n moderatorluğu ilə keçirilən “Milli kimliyin qurulması” adlı panel iclasında isə 2004-2012-ci illərdə Serbiyanın Prezidenti Boris Tadiç, Latviyanın sabiq Prezidenti Valdis Zatler, Xorvatiyanın sabiq Prezidenti Kolinda Qrabar-Kitaroviç, Bolqarıstanın sabiq Prezidenti Rosen Plevneliyev, 2010-2012-ci illərdə Gürcüstanın Baş nazirinin müavini Eka Tkeşelaşvili, BMT Baş Assambleyasının 75-ci Prezidenti, Türkiyənin 2014-2016-cı illərdə Avropa İttifaqı naziri, Türkiyə Böyük Millət Məclisinin üzvü Volkan Bozkır, Belçikanın keçmiş baş naziri Yves Leterme və digər şəxslər iştirak edib.
Panel iclasında çıxış edən Serbiyanın keçmiş prezidenti Boris Tadiç qeyd edib ki, 1990-cı illərdə SSRİ-nin dağılmasından sonra ölkələr müstəqillik qazanmağa başlayanda onların hər birinə “qurucu ata” lazım idi: “Azərbaycan üçün bu, Heydər Əliyev idi”.
2010-2012-ci illərdə Gürcüstanın Baş nazirinin müavini Eka Tkeşelaşvili isə deyib ki, Heydər Əliyev liderliyi müddətində Azərbaycanın inkişafı üçün böyük işlər görüb: “Azərbaycanda milli kimliyin əsası Heydər Əliyev dövründə qoyulub. Milli kimliyin qorunması vacib məsələdir: “Heydər Əliyevin siyasəti və dönyagörüşü bizim nəsil üçün nümunə idi”.
O qeyd edib ki, hazırda Azərbaycan Prezidenti İlham Əliyevin enerji siyasəti Avropaya enerji dəstəyi kimi qiymətləndirilməlidir.
BMT Baş Assambleyasının 75-ci Prezidenti, Türkiyənin 2014-2016-cı illərdə Avropa İttifaqı naziri, Türkiyə Böyük Millət Məclisinin üzvü Volkan Bozkır vurğulayıb ki, Azərbaycanla Türkiyənin bir çox ortaq məqamlar birləşdirir: “Bu il Türkiyə Cumhuriyyətinin qurulmasının və Heydər Əliyevin anadan olmasının 100 illiyi tamam olur”.
O, həmçinin ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığı barədə danışıb. Qeyd edib ki, Heydər Əliyev hakimiyyətdə olan zaman Azərbaycanın o zamankı və gələcək inkişafı üçün böyük işlərə imza atıb.
Panel iclasında digər çıxışçılar da ümummilli lider Heydər Əliyev barədə fikirlərini söyləyiblər.
Bununla da “Heydər Əliyev 100: Həyatı və irsi” adlı tədbir başa çatıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi