İrəvanla Xankəndi erməniləri arasında fikir ayrılığı dərinləşir - Sülhməramlılar isə...
10-03-2023 [23:40]
Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsi "Qlobal Təhlükələr-2023” adlı hesabat yayıb.
Mia.az-ın məlumatına görə, idarə iddia edir ki, bu il hərbi təhlükəli regionlar sırasında Azərbaycanın Qarabag bölgəsi də var və ölkəmiz burada hərbi əməliyyatlara başlaya bilər.
Hesabat erməni siyasətçilərini, xüsusən, Rusiya və İran yönümlü şərhçiləri narahat edib. Onların fikrincə, əslində, bu əməliyyatlar Qarabagı əhatə etməklə bitməycək, Zəngəzura qədər uzanacaq. Həmçinin digər region ölkələrini əhatə edərək, xüsusən İran üçün agır nəticələrə səbəb olacaq. İsrail kəşfiyyat idarəsindən təzəlikcə ölkəmizə gələn qonaq da bu mülahizələrin sübutuna dönüb.
Ümumiyyətlə, Turşsu yolundakı son diversiya hadisəsindən sonra erməni siyasi şərhçiləri ilə yanaşı, sıravi ermənilərin də arasında ciddi çəkişmə və qarşıdurma yaranıb. Əvvəlcə rus sülhməramlılarını hadisəyə müdaxilə etməməkdə günahlandıran ermənilər daha sonra onların darmadagın edilən erməni diversant maşınının yanındakı fotoşəkillərini görərək sakitləşdi. Digər tərəfdən, ruslar da onlara təpkiləri cavabsız qoymadı: hadisə baş verən ərazi sülhməramlıların mandatına daxil deyildi və onlar yalnız dəhlizdəki təhlükəsizliyə cavabdehdir.
Ruslara etirazın kökündə əslində başqa nüans dayanır. İndiyə qədər hümanitar yardımı və hərbi sursatı rusun maşınında "koridor"dan rahat keçirən, amma buna görə sülhməramlılara pul ödəyən separatçılar vəziyyəti dəyişmək üçün alternativ, rusdan asılı olmayan yola baş vurmaga cəhd etmişdi. Plan baş tutmadı və indi ruslar separatçıların növbəti qəzəbi ilə qarşı-qarşıyadı. Sülhməramlıların Xocalıdakı qərargahının önünə yıgılan Qarabag ermənilərınin tələbləri bir çox suallara aydınlıq gətirir. Onlar rusların satdıgı ərzagın və benzinin qiymətinin baha olmasından narazılıq edir.
Qarşı-qarşıya dayananlar təkcə ruslarla Qarabag erməniləri deyil. Qarabag və Yerevan erməniləri də sosial şəbəkələr üzərindən bir-birinə təhqir, hədə və söyüşlərə başlayıblar. Rusiyayönümlü siyasi şərhçilər onlara çagırış edərək, vəziyyətə müdaxilə etməyə çalışır. Amma dartışma bitmir. Bu virtual əsəb müharibəsinin sonunda Qarabag ermənilərinin ruslardan əlini üzərək açıq terrora keçəcəyini düşünmək olar.
Hüquq müdafiəçisi Sahib Məmmədovun Mia.az-a açıqlamasına görə, Yerevan və Qarabag erməniləri arasında çəkişmə hər zaman mövcud olub.
O, bildirir ki, xüsusən “Qarabag klanı” adlandırılan və hakimiyyətdə olmuş qrupa nifrəti açıq müşahidə etmişik: “Amma bütün hallarda mən düşünmürəm ki, bu dartışmalar onlar arasında davamlı düşmənçiliyə gətirib çıxaracaq. Ruslara gəlincə, ermənilər onların əliylə plan qurmaga öyrəşdiyindən, məncə, rusdan üz döndərməyəcəklər. Elə Qarabagı da birinci müharibə dövründə məhz rusların dəstəyi ilə işgal etmişdilər. İndi də bizim önümüzə sülhməramlıları qoymaga çalışırlar”.
- Rusiya sülhməramlılarına açıq etirazların kökündə maddi maragın dayandıgını görməmək mümkün deyil. Xankəndi erməniləri iddia edir ki, onlara daşınan humanitar yardım və hətta hərbi sursat pulla satılır. iddia olunur ki, ruslar bu missiyanı indiyədək pulsuz yerinə yetirib. Bu, Xankəndi ermənilərinin sülhməramlılara təpkisini artıra bilərmi?
- Xankəndi-Laçın yolundakı aksiyamız başlayandan bəri Qarabagdakı ermənilər humanitar yüklərin daşınması üçün qəsdən öz avtomobillərindən istifadə etmədi. Bununla da blokada görüntüsünü yaratmaga çalışdılar. Ola bilsin, ruslar bu müddət ərzində daşıdıqları humanitar yüklərin heç olmasa, daşınma, logistika xərclərinin qarşılanmasını istəyiblər.
S.Məmmədov onu da əlavə edir ki, hazırda ermənilərin Zəngəzurla baglı dünyaya car çəkdiyi harayının da əsasında Azərbaycanın aqressor ölkə kimi təqdim edilməsi dayanır: “Azərbaycan öz torpaqlarında antiterror əməliyyatı keçirəcəyi zərurətindən hər zaman bəhs edir. Ermənilərin bunu Zəngəzurla baglaması, sadəcə, absurddur”.
Zülfiyyə Mustafayeva
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi