Nazirlikdən “Son zəng” açıqlaması

img

08-05-2014 [11:27]


Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bu il Bakıdakı ümumtəhsil məktəblərini bitirəcək məzunların sayı ilə bağlı açıqlama veriblər. İdarənin İctimaiyyətlə Əlaqələr sektorundan ANS PRESS-in sorğusuna cavab olaraq bildiriblər ki, Bakı şəhəri üzrə Təhsil İdarəsinə tabe olan ümumtəhsil məkətəblərini bu il 20410 nəfər şagird bitirir.

İdarənin İctimaiyyətlə Əlaqələr sektorundan həmçinin bildiriblər ki, birinci sinifə gedən uşaqların sayı ancaq qəbul tam bitdikdən sonra bilinəcək.

İdarədən "Son zəng” tədbirləri hansı tarixdə keçiriləcəyi məsələsində aydınlıq gətiriblər. Bildirilib ki, "Son zəng” bununla bağlı müvafiq əmr olduqdan sonra dəqiq tarix açıqlanacaq.

Qeyd edək ki, Təhsil Nazirliyindən yeni dərs ilinin başlayacağı tarix ilə bağlı açıqlama veriblər. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-in sorğusuna cavab olaraq bildiriblər ki, yeni dərs ilində dərslər sentyabr ayının 15-də başlayacaq.

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, dərs ilinin vaxtının uzadılması məsələsinə hazırda baxılır: "Nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək",- deyə Nazirlikdən sorğumuza cavab veriblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA