Yılmaz Özdil və aparıcılar "Sözcü"dən istefa verdilər

img

09-03-2023 [18:18]


Məşhur jurnalist Yılmaz Özdilin "Sözcü" TV-nin Baş redaktoru və direktor vəzifəsindən istefa verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, istefası barədə belə açıqlama verib: "Qələmin namusunu müdafiə etmək üçün əlimdən gələni etdim"

Qeyd edək ki, onunla bərabər, kanaldan "Ana Haber"in aparıcıları Korcan Karar, Mustafa Sağlamer, Ümit Zileli, Kırmızı Beyaz , Tuba Emlek, İskender Baydar və Tankut Gürsel də istefa verdiklərini bəyan ediblər.

Onlar istefalarını belə əlaqələndiriblər: "Etik baxımdan bundan sonra bir yerdə işləməyimiz doğru deyil".

Türkiyə mətbuatı yazır ki, Özdilin istefaya məcbur edilməsi İYİ partiya lideri Meral Akşenerin "6-lı Masa" ilə bağı ilk qalmaqallı bəyanatına haqq qazandırması və Kılıçdaroğlunun prezidentliyə namizədliyinin əleyhinə çıxması səbəb olub.

Zülfiyyə

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR