Prezidentin Ermənistana və Qarabağ ermənilərinə son xəbərdarlığı: antiterror əməliyyatı olacaq, yoxsa... - TƏHLİL
09-03-2023 [17:04]
Turan Rzayev
Politoloq
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işə başlayıb.
Forum martın 11-dək davam edəcək.
Forumda ümumilikdə 4 Prezident, 2 Baş nazir, 6 spiker və nazir, BMT-nin 5 qurumunun rəhbərlikləri, 25 sabiq prezident, 21 sabiq Baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri olmaqla, ümumilikdə 61 ölkədən 360-dək nümayəndə iştirak edir.
Bakı forumu artıq qlobal müzakirə platformasına çevrilib. Platformada Azərbaycan öz həqiqətlərini təqdim etməklə yanaşı, geosiyasi məsələlərlə bağlı münasibətlərin formalaşmasına praktik olaraq töhfə verir. Bu baxımdan X Qlobal Bakı Forumu əhatəlilik, miqyas və təsir baxımından regional və qlobal əməkdaşlığın möhkəmləndirilməsi üçün xüsusi bir platformadır.
X Qlobal Bakı Forumunun açılışının ən diqqətçəkən məqamı isə şübhəsiz Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı oldu. Çıxış zamanı bir çox məsələyə toxunan Prezident ənənəsinə sadiq qalaraq özünəməxsus üslubda siyasi mesajlar da verdi.
Qarabağ erməniləri ilə bağlı açıqlama
Prezident çıxışı zamanı qeyd edib ki, “Azərbaycan çoxkonfessional, multietnik ölkədir. Azərbaycanda milli azlıqların hüquqları konstitusiyamız tərəfindən qorunur”.
Ölkə başçısı bu sözləri ilə iki məsələyə diqqət çəkir:
Birincisi, Ermənistandan fərqli olaraq Azərbaycan çoxkonfessional, multietnik ölkədir. Bu, iki ölkənin etnik azınlıqlara verdiyi qiymətin, dəyərin əyani göstəricisidir. Ötən əsrin 80-ci illərinə qədər Ermənistanda 500 minə qədər azərbaycanlı olduğu halda bu gün bir dənə də olsun azərbaycanlı yoxdur. Azərbaycanda isə faktiki olaraq birdən çox etnik azınlıq yaşayır və onlar içərisində ermənilər də var.
İkincisi, Prezident “Azərbaycanda milli azlıqların hüquqları Konstitusiyamız tərəfindən qorunur” deyərək hər vəchlə Ermənistanın və onun havadarlarının səsləndirdiyi status iddialarını bloklamış oldu. Yəni Qarabağ erməniləri də Azərbaycanda yaşayan digər etnik azınlıqlar ilə eyni hüquq və azadlıqlara məxsusdur və onların ən böyük qarantı Azərbaycan konstitusiyasıdır.
Antiterror əməliyyatının anonsu
Prezidentin çıxışında diqqətçəkən bir digər məqam isə onun “İndi artıq sülh qurmaq vaxtıdır. Biz 2020-ci ilin noyabrında təşəbbüs irəli sürdük ki, dinc yolla danışıqlar aparılsın. Beş məşhur prinsip var və onlar Ermənistanla sülh müqaviləsinin əsasını təşkil edə bilər” sözləridir.
Rəsmi Bakı ilə İrəvan arasında hazırda diplomatik trafik yaşanır. Azərbaycan tərəfi 5 baza prinsipini qarşı tərəfin diqqətinə çatdırıb. Ermənistan tərəfi isə öz təkliflərini Azərbaycana çatdırıb. İrəvanın Bakının təkliflərinə təkliflər ilə cavab verməsi prinsip etibarilə prosesi uzatmaq cəhdindən başqa bir şey deyil. Bunu Prezidentin “Ümid edirik ki, burada vasitəçi rolunu oynamağa çalışan beynəlxalq iştirakçılar Ermənistanı bu şansı itirməmək üçün dilə gətirəcəklər. Çünki onlar müstəqil ölkə olmaq şansını əldən verib, digər ölkələrin müstəmləkəsinə çevrilib və real şəkildə müstəqil olmaq, öz gələcəyini qurmaq şansını əldən buraxıblar” sözləri də təsdiq edir.
Ölkə başçısı açıq şəkildə Ermənistanı və onun havadarlarını xəbərdar edir ki, rəsmi İrəvan prosesi uzadacağı təqdirdə Bakı hərbi yola da əl ata bilər. Prezidentin “Ermənistanla münaqişəni dinc yolla həll etmək üçün əlimizdən gələni etdik” sözləri isə Bakının antiterror əməliyyatlarına hazır olduğunu göstərir.
Rəsmi Bakı ciddiyyətini göstərmək üçün Fərrux əməliyyatlarına bənzəri bir antiterror əməliyyatına başlaya bilər.
Tehranın iddialarına Prezidentin cavabı
Prezidentin çıxışında toxunduğu bir məqam isə Nizami Gəncəvi ilə bağlı oldu. Ölkə başçısı bildirib ki, “Nizami Gəncəvi doğma Gəncə şəhərində dünyaya gəlib, orada yazıb-yaradıb və orada da dəfn olunub. Onun müdrikliyi və istedadı Azərbaycan xalqının müdrikliyinin və istedadının təzahürüdür”.
Prezidentin bu məsələyə reaksiya verməsi prinsip etibarilə bir müddət öncə İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənaninin Nizami Gəncəvi ilə bağlı fikirlərinə cavab xarakteri daşıyır.
Nizami Gəncəvinin yalnız farsca əsərlərinin dövrümüzə gəlib çatması onu fars əsilli şair etmir. Müqayisə üçün deyim ki, orta əsr Avropa ədəbiyyatında da fransız dili daha çox hakim idi. Lakin bu alman, ya da ispan bir şairi, yazarı fransız etmir. Yaxın Şərqin orta əsr ədəbiyyat dili də fars dili olduğu üçün Nizaminin bu dildə əsər yazması təbiidir.
Prezident çıxışında həm də onu qeyd edib ki, “Bizim qonşularımız azad olunmuş ərazilərimizdə urbisid, kultursid və ekosid həyata keçiriblər. Azərbaycan xalqının mənəvi hüququ var ki, qisas alsın”.
Əslində, Prezidentin bu sözləri həm Ermənistana, həm də İrana bir mesajdır. Faktiki olaraq Ermənistan işğal dövründə Azərbaycan alban kilsələrini erməni Qriqoryan kilsəsi kimi İran isə məscid və ibadətxanaları fars memarlığı kimi təbliğ edib. Bizim qonşularımız deyərkən ölkə başçısı həm Ermənistanı, həm də İranı hədəfə alır.
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi