"CHP lideri PPK-nın siyası şöbəsinin qapısını çalacaq" - Ərdoğanın müttəfiqi Akşenerə yenə qapı araladı
06-03-2023 [00:03]
Prezident Ərdoğandan Marak Akşenerə ünvanlı "Tökülən daşları toplamaq kimi bir dərdimiz yoxdur" deyərək, qapıları İYİ partiyasına qapatsa da, onun seçki ortağı yenə də "İYİ" liderinə "Gəl, bizimlə birgə addımla" deyə qapını aralayıb.
Mia.az xatırladır ki, martın 3-də Akşenerin "6-lı Masa" ilə bağlı sensasiyalı bəyanatının mürəkkəbi qurumamış Cumhur ittifaqının 3 üzvündən biri olan Böyük Birlik Partiyasının (BBP) lideri Mustafa Destici "İYİ Partiya ya təkbaşına, ya da bizimlə birgə - Cumhur İttifaqında hərəkət edərsə, məmnun olarıq", - deyə bildirib.
Bundan bir gün sonra, yəni martın 4-də isə Prezident Ərdoğan isə açıq şəkildə bəyan edib ki, "6-lı Masa"nın nə etməsinin onun üçün heç bir əhəmiyyəti yoxdur: "AK Partiya olaraq, Cumhur İttifaqı olaraq onlar nə edər, hansı addım atar kimi dərdimiz yoxdur. Cumhur İttifaqı olaraq hədəfimizi, yolumuzu müəyyən etmişik...".
Ərdoğan daha sonra Maral Akşenerlə bağlı nöqtəni qoyub: "Bizim tökülən daşları toplamaq kimi bir dərdimiz yoxdur...".
Maraqlı budur ki, "Cumhur İttifaqı"nın lideri Ərdoğan yuxarıda qeyd olunan sözləri ilə Akşenerə qapıları bağlasa da, onun müttəfiqi olan BBP sədri bu gün təkrar İYİ partiyasına "birləşək" mesajı verib.
Bu barədə geniş açıqlama verən Mustafa Destici bildirib ki, hələ də İYİ partiyası ilə bağlıı eyni düşüncədədir: "Bu məsələ ilə bağlı İYİ Partiyadan hər hansı biriylə görüşməmiz olmayıb. Zatən, bu aşamada olması da uygun olmaz. Martın 6-da "6-lı Masa", ya "Beşli masa" açıqlamasını verər, artıq İYİ Partiyasız yoluna davam edəcəyini açıqlayar və prezidentliyə namizədliyini elan edərsə, ondan sonra həm İYİ Partiyanın diğər partiyalarla müzakirələrə başlaması, həm də bizim kimi siyasi partiyaların da onlarla görüşməsi və ya "Cumhur İttifaqı"na dəvət etməsi etik olur deyə düşünürəm".
Mustafa Destici CHP lideri Kamal Kılıçdaroğlunun "Süfrə böyümək məcburiyyətindədir, bunu kimsə durdura bilməz" sözlərinə də şərh verib: "Kimi dəvət edəcək, kimi oturdacaq? Onun ziyarətlərinə baxanda, bunu görüruk. Zəlzələdə açıq şəkildə dövlət düşmənliyi etmiş, "Bu dövlətə düşmən olmaq gərəkir" deyən üzdə millət vəkili, amma terrorçu olan insanları partiyalarına dəvət edirlər. Əgər bu gün namizədliyi açıqlanacaqsa, PKK-nın siyasi şöbəsi HDP-nin də qapısını çalacaq və onu da masaya dəvət edəcək".
Hüquqşünas Ersan Şenin prezidentliyə namizəd olacağı barədə bəyanatına gəlincə, BP sədrinin sözləriinə görə, o, uzun zamandır bunun üçün çalışır: ""6-lı Masa"da yaşanan son proses, görünür, Ersan müəllimi bir az həyəcanlandırıb".
Seçkinin ilk turda bitib-bitməyəcəyi barədə suala cavabda isə, Ərdoğanın müttəfiqi belə deyib: "Seçki ilk turda Cumhur İttifaqı lehinə bitər".
Lamiyə
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi