07-05-2014 [18:27]
Azərbaycanın ərazi bütüövlüyü, gənc müstəqil respublikanın siyasi, iqtisadi cəhətdən möhkəmlənməsinin əsasını qoyan, onun inkişafı və çiçəklənməsi istiqamətində böyük işlər həyata keçirən böyük siyasətçi və dövlət xadimi, milli inkişafımız baxımından əvəzolunmaz nailiyyətlərə imza atan Ulu öndər Heydər Əliyevin anadan olmasının 91 illiyi Bakı şəhərinin mərkəzi rayonu olan Səbail rayonunda geniş şəkildə qeyd olunur.
Rayon İcra Hakimiyyətindən Mia.az-a daxil olan məlumata görə, bu gün də Səbail rayonunda Ulu öndər Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş növbəti tədbir rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Səbail rayon təşkilatının «Şəhidlər Xiyabanı»ndakı qərargahında Respublika Veteran Təşkilatları Şurası, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin, Respublika Qarabağ Əlilləri, Müharibə Veteranları və Şəhid ailələri İctimai Birliyinin, Respublika «20 Yanvar» cəmiyyətinin, Səbail rayon Ağsaqqallar, Veteran Təşkilatları Şuralarının, rayondakı bir sıra ictimai təşkilatların, rayon ictimaiyyətinin nümayəndələrinin və digər qonaqların iştirakı ilə keçirilib.
Tədbiri giriş sözü ilə açan Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini Eldar Ağayev xalıqmızın Ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolu barədə danışıb.
Natiq qeyd edib ki, qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilib: «Bu gün Azərbaycan dövlətçiliyini, xalqımızın müstəqilliyini əbədiyyətədək yaşatmaq üçün Heydər Əliyev irsi, onun dövlət idarəçiliyi təcrübəsi misilsiz mənəvi sərvətlər xəzinəsidir. Ölkəmizin hər bir vətəndaşının bu nadir xəzinəyə yiyələnməsi, dahi şəxsiyyətin zəngin dövlət idarəçiliyi təcrübəsini, onun həyatının ən ağır anlarında belə doğma xalqına necə misilsiz sədaqətlə, cəsarətlə xidmət etməsini öyrənməsi Azərbaycanın parlaq gələcəyi deməkdir. Azərbaycanda bu gün Ümummilli Liderimizin ideyaları nəinki yaşayır, hətta daha geniş şəkildə həyata keçirilir. Böyük öndərimizin başladığı, lakin axıra çatdıra bilmədiyi işlər onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir».
Eldar Ağayev həmçinin Səbail rayonunda ulu öndərin əziz xatirəsinə həsr olunmuş tədbirlər barədə məlumat verib.
Toplantıda çıxış edən Respublika Veteran Təşkilatları Şurasının sədri, general-mayor Dadaş Rzayev, Qarabağ Əlilləri, Müharibə Veteranları və Şəhid ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri Fizuli Rzaquliyev, Rayon Veteran Təşkilatları Şurasının sədri, sosialist Əməyi Qəhrəmanı Ömər Ağayev, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon şöbəsinin sədri İlham Əliyev, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin məsul işçisi Rasim Mirzəyev və digər ictimai təşkilatların rəhbərləri, veteranlar Ulu öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyində çalışdığı illər ərzindəki fəaliyyəti, gördüyü işlərdən danışmış, onun ölkəmizin tərəqqisi və inkişafı üçün, o cümlədən veteranlar üçün gördüyü işlərdən bəhs ediblər.
Tədbirdə həmçinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon İdarəsinin rəisi, polkovnik-leytenant Polad İbrahimov bir qrup Əfqanıstan veteranına yubiley medalları təqdim edib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi