Əhliman Əmraslanovun vəkilini ilan vurdu

img

07-05-2014 [17:30]


Kürdəmir rayon Köhünlü kənd sakinini ilan sancıb.

Mia.az AzNews.az-a istinadən xəbər verir ki,  hadisə ötən gün axşam saatlarında otlaq sahəsində baş verib. 

Gürzə ilanı kənd sakini Alıyev Mahir Gülalı oğlunun dabanından dişləyib. M. Alıyev təcili olaraq, Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırlıb.

Xəstəxanadan AzNews.az-a bildirilib ki, hazırda M. Alıyevin səhhəti normallaşmaq üzrədir. Xəstənin həyatı təhlükəsi yoxdur.

Xatırladaq ki, ilan sancan şəxsin atası Gülalı Alıyev 2010-cu ildə Milli Məclisə keçirilən seçkilərdə deputat, Azərbaycan Tibb Universitetinin (ATU) rektoru Əhliman Əmraslanovun vəkili olub. Hadisə ilə bağlı məlumatlandırılan ATU-nun rektoru xəstəni xüsusi nəzarətə götürüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA