ZAHİD ORUC: "GÖYÇƏ QƏRBİ AZƏRBAYCANIN ŞUŞASIDIR" - "Qarabağ məsələsi İrəvandan başladı, orada da başa çatmalıdır" (VİDEO)
03-03-2023 [11:44]
Bu gün Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc komitənin “Dağları aşarkən: Qərbi Azərbaycana dinc və hüquqi qayıdış” mövzusunda keçirilən ictimai dinləmə maraqlı çıxış edib.
Mia.az xəbər verir ki, Zahid Orucun sözlərinə görə, Qərbi Azərbaycana qayıdış təkcə bir bölgə əhalisinə aid deyil:
"...dünyanın yenidən bölüşdürüldüyü indiki şəraitdə Azərbaycan Prezidenti komandası ilə yanaşı, xalqımızı da yeni hədəflərə hazırlayır. Biz ölkə başçısının verdiyi mesajları düzgün dəyərləndirməliyik, söhbət hərbi hücum planlarından, Qələbədən sonra ambisiyalarını ermənilərin mifik iddialarına bir tutmaqdan, düşmənin xəstəliyinə yoluxmaqdan getmir. Qlobal təhlükəsizlik sisteminin indiki durumunda elita, ordu və millətimiz müharibədə olduğu kimi, Qələbəmizi qorumaq və onu irəliyə aparmaq üçün səfərbər olunublar".
Zahid Oruc bildirib ki, Prezident İlham Əliyevin Qərbi Azərbaycan icması ilə görüşündən sonra ictimai fikirdə köklü dəyişikliklər baş verir: "Prezidentin özəl günündə İkinci Qayıdış kursunun irəli sürülməsi Ermənistanda həyacana, narahatlığa, əsəbi reaksiyalara səbəb olub. Təsadüfi deyil ki, elə həmin gün nota verərək beynəlxalq təşkilatlara müraciət ediblər. Lakin İlham Əliyevin tarixi missiyası-dövlətçiliyimizi həm coğrafi, həm də mənəvi yaddaş məkanında birləşdirməkdir. Zəfərə gedən 27 illik uzun yoldan fərqli olaraq, İrəvana, Göyçə mahalına, Zəngəzura qayıdış qısa vaxtda mümkün ola bilər.
Prezidentin itirilmiş torpaqlara yeni məqsədlər və milli hədəflər kimi yanaşması, İrəvanla bağlı tarixi gerçəkləri və işğal coğrafiyamızın ümumi mənzərəsini yenidən canlandırması-1805-ci il-Kürəkçay, 1813-cü il-Gülüstan, 1828-ci il-Türkmənçay və 1920-ci il-İrəvan və Zəngəzur, 1990-93 cü illərdə Qarabağ torpaqlarının itirilməsi silsiləsinə son qoyması ilə yeni tarixin yazılması-bu proseslərin başlanğıcıdır. Tarixi ədalətsizlik dedikdə-200 ildən artıq Qərbi azərbaycanlıların müxtəlif siyasi quruluşlarda-şarizm, sovetlər və ermənilərin etnik təmizləmə və sıyqırımları nəticəsində yaşadığı fəlakətllər ön sırada durur. Nəticədə, həyatını itirən yüz minlərlə insanla yanaşı, qərbi azərbaycanlıların ziyalı, intellektual, mədəni, siyasi, hərbi elitası sayılan on minlərlə görkəmli simaları da məhv edilib.
Nəhayət, 1988-ci ildə Qərbi Azərbaycan torpaqlarından əhalinin tamamilə deportasiyası ilə ermənilər bir coğrafiyada tam etnik təmizləməni başa vuraraq Azərbaycan ərazilərinə keçiblər. Türkiyəyə, İrana, Rusiyaya və Avropa ölkələrinə səpələnən azərbaycanlıların köçkünlük coğrafiyası çox genişdir. Müstəqillik tarixini yaradan Ulu öndər dövlət səviyyəsində tarixi yaddaşı önə çəkərək, 1997-ci il dekabrın 18-də "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi ata-baba torpaqlarından kütləvi surətdə deportasiyası haqqında" fərman imzalayıb, hadisələrə deportasiya və soyqırım cinayəti kimi qiymət verib, müvafiq dövlət komissiyası yaradıb. Ulu öndər özü şəxsən Komissiyaya rəhbərlik edib. Tarixin saxtalaşdırılması ilə savaş aparan İlham Əliyev son 20 ildə İrəvanın verilməsi ilə heç vaxt barışmayıb. Dövlət başçısından sitat:”..Kim əsaslandıra bilər ki, azərbaycanlıların tikdikləri İrəvan-Ermənistana verilsin. Kim bunu əsaslandıra bilər”? Həqiqətən də Azərbaycan tarixinin ən böyük mirası-torpaqlarımız, maddi və mədəni irsimizin əsas hissəsi hazırda Ermənistan adlanan ərazilərdə qalıb.
Ona görə də Qələbəmiz son 30 illə yanaşı, bütün tarixi dövrlərdə köç edən insanların öz əcdadlarına, köklərinə, milli-dini varlığına, maddi və mədəni irsinə dönüş şansı yaradıb. Əminliklə söyləmək olar ki, 8 noyabrda azad edilən torpaqlar bütün dövrlərin köçkünlüyünə son qoyacaq, tarixi yurdlara qayıdış yollarını da açacaqdır. Xüsusi vurğulayaq ki, 1988-ci ildən sonra dövlətimizin elan etdiyi siyasi kursun əsas hədəfləri ilk dəfədir ki, Azərbaycanın rəsmi ərazisi ilə məhdudlaşmır, sərhədlərimizi aşır. Lakin Prezident Qərbi Azərbaycana Qayıdış vəzifəsini bu dəfə ordu qarşısında deyil, silahsız alim və ziyalıların, çoxminli məktəb və universitetlərin, mədəniyyət və dini məfkurəni hazırlayan qurumların, bir sözlə bütövlükdə xalqımızın qarşısında irəli sürür.
Ona görə də hazırki müzakirə Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransında seçilən gündəliyə uyğun müəyyənləşib. Almaniyanın birləşməsindən sonra mühüm platformaya çevrilən Münxen zirvəsinin sörlövhəsi:”Dağları aşarkən-Cənubi Qafqazda təhlükəsizlik” adlanırdı. Əlbəttə, biz Avropa ordularının Qafqaz dağlarını nə üçün aşdıqlarını yaxşı bilirik-lakin indi azərbaycanlıları Göyçə və Zəngəzur aşırımından üzü İrəvana dinc qayıdışa səsləyən ölkə rəhbəri təkcə Avropa auditoriyasına deyil, eləcə də region dövlətlərinə deyir ki, O, bütün tarixi dövrlərdə mübarizəsi yarımçıq qalmış əcdadların ideallarının təmsilçisidir. Ona görə də Qərbi Azərbaycan icmasının yaradılması, onun təsis edilməsində Birinci şəxsin bilavasaitə iştirakı xüsusi məna daşıyır. Beləliklə, Qərbi Azərbaycan icması gələcəkdə genişlənərək yalnız bir coğrafiyanı deyil, bütövlükdə ölkəmizin etnik-milli zənginliyini özündə əks etdirəcək".
Komitə sədri xüsusi vurğulayıb ki, Göyçə Qərbi Azərbaycanın Şuşasıdır: "Gəlin unutmayaq ki, Qarabağ məsələsi İrəvandan başladı, orada da başa çatmalıdır. Lakin tank və toplarla deyil, sülh müharibəsi ilə".
Lamiyə
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi