07-05-2014 [13:21]
Dövlət Sərhəd Xidmətinin (DSX) aparatında Azərbaycan dövlətçiliyinin banisi, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş elmi-praktiki konfrans keçirilib.
DSX-nın mətbuat xidmətindən verilən məlumata görə, konfrans zamanı müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində Azərbaycançılıq ideyasının gerçəkləşdirilməsi, müasir Azərbaycan dövlətinin formalaşdırılması və xalqımızın müstəqillik arzusuna çatması istiqamətində dahi öndər Heydər Əliyevin tarixi xidmətləri geniş işıqlandırılıb, milli dövlətçiliyin məhvinə yönələn bütün qəsdlərin qarşısının qətiyyətlə alınması üçün taleyüklü qərarlarının əhəmiyyəti xüsusi qeyd olunub.
Konfrans çərçivəsində Azərbaycan Respublikası Milli Məclisinin deputatları Aydın Mirzəzadənin "Heydər Əliyev şəxsiyyəti Azərbaycan dövlətçiliyinin parlaq simvoludur”, Musa Qasımlının "Heydər Əliyev və Azərbaycanın xarici siyasəti”, DSX rəisinin şəxsi heyət üzrə müavini general-mayor Azad Ələkbərovun "Heydər Əliyev milli sərhəd mühafizəsi strategiyasının banisidir” mövzularında məruzələri dinlənilib.
Çıxışlarda ümummilli lider H. Əliyevin Azərbaycan Sərhəd Mühafizəsinin formalaşdırılması və inkişafındakı müstəsna xidmətləri, DSX-nı yaratmaqla Azərbaycan dövlətinin öz sərhədlərini müstəqil mühafizə etmək qətiyyətini və imkanlarını nümayiş etdirməsini, DSX-nin illik hesabatlarını şəxsən qəbul edərək sərhədçilərlə keçirdiyi görüşlərdə milli sərhəd siyasətimizi formalaşdırması,dövlət sərhədlərinin mühafizəsi strategiyasını müəyyən etməsi xüsusi qeyd olunub.
Konfrans iştirakçıları tərəfindən son illər ərzində Azərbaycan Respublikasının dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilməsinin respublikamızın geostrateji, iqtisadi və mədəni potensialının gerçəkləşdirilməsi istiqamətində Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ardıcıl olaraq həyata keçirdiyi siyasətin real nəticəsi olması xüsusi vurğulanıb.
Konfransın sonunda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib.
Ümummilli lider H. Əliyevin anadan olmasının 91-ci ildönümü ərəfəsində təsdiq olunmuş tədbirlər planına əsasən DSX-nin bütün hərbi hissələrində Öndərin uca xatirəsinə həsr olunmuş konfranslar, tematik axşamlar, disputlar keçirilmiş, onun həyat və fəaliyyəti barədə filmlər şəxsi heyətə nümayiş etdirilmiş, sərhədçilərin Heydər Əliyev mərkəzlərinə ekskursiyaları təşkil olunub.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi