Xameneinin Azərbaycanla bağlı qüvvədən düşən məşhur fitvası - Təhlil
28-02-2023 [14:17]
Özünü “islam respublikası” adlandıran İran və onun molla rejiminin Ermənistana sevgisi bitib-tükənmək bilmir. Bu dəfə həmin sevgini rejimin əmək və sosial rifah naziri Seyid Sultan Murtuzavinin timsalında müşahidə etdik.
Belə ki, Ermənistanda səfərdə olan Murtuzavi erməni həmkarı Narek Mkrtçyanla görüş zamanı deyib ki, İran 2020-ci ildə Qarabağda müharibə zamanı yaralanaraq əlil olmuş erməni hərbçilərinə “reabilitasya xidməti göstərməyə və bu sahədə qabaqcıl təcrübəsini bölüşməyə hazırdır”.
Əlbəttə, bütün ölkələrin bir-biri ilə istənilən sahədə əməkdaşlıq edib, yardımlaşmaq haqqı var. Lakin İranın Ermənistanla bağlı bu mövqeyinin insani hisslərdən qaynaqlanmadığı aşkardır.
Murtuzavinin Mkrtçyanla görüş zamanı dediyi sözlər İranın ali dini liderinin iki il əvvəl verdiyi “fitvanı” tam təkzib edir.
Murtuzavi deyir ki, İran 2020-ci ildə yaralanaraq əlil olmuş erməni hərbçilərinə “reabilitasiya xidməti göstərməyə və bu sahədə qabaqcıl təcrübəsini bölüşməyə hazırdır”. İran ali dini lideri Əli Xamaneinin isə Qarabağın müsəlmanların torpağı olduğunu, bu torpaqların azad edilməsi uğrunda həlak olanların isə şəhid olduğunu “müəyyənləşdirən” fitvası var.
Göründüyü kimi, hazırda molla rejimi baş mollanın verdiyi fitvaya zidd olaraq “şəhid” adlandırdığı insanların həyatını itirmədən öncə yaraladığı erməni hərbçilərinə “reabilitasya xidməti göstərməyə və bu sahədə qabaqcıl təcrübəsini bölüşməyə hazırdır”.
Düzdür, bizim üçün İranın baş mollasının verdiyi fitvanın heç bir hüquqi-dini əhəmiyyəti olmasa da, özlərini təkzib etmələri tragikomik vəziyyət yaradır.
Murtazavi Tehranın birgə peşə məktəbləri yaratmaq niyyətini də qarşı tərəfin diqqətinə çatdırıb. Tərəflər həmçinin Zəngəzur bölgəsində müstəqil Ermənistan-İran mərkəzinin yaradılması imkanlarını da müzakirə ediblər.
S.S.Murtazavinin qeyd etdiyi “Ermənistanla əməkdaşlığın inkişaf etdirilməsi təmsil etdiyi rejim üçün prioritet təşkil edir” sözləri isə faktiki olaraq bir daha İranın səlibçi təfəkkürlü xarici siyasət apardığını gözlər önünə sərir.
Əhalisinin böyük hissəsi islam dininə etiqad edən bir ölkənin torpaqlarının 27 ildən artıq işğalda qalmasına, ən yenisinin yaşı yüzdən artıq olan məscidlərinin dağıdılmasına, həmin dağıdılmış məscidlərdə donuz saxlanılaraq açıq şəkildə islam dininin təhqir olunmasına göz yuman, indi isə bütün bunları edən Ermənistana bütün sferalarda yardım edən bir ölkənin islam dini ilə yaxından-uzaqdan əlaqəsi ola bilməz.
Bu, molla rejiminin, əslində, səlibçi təfəkkürlü imperialist ölkə olduğunu bir daha sübut edir.
Turan Rzayev,
Politoloq
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi