“Erməni xəstəliyi”nə İran darusu (Felyeton)
28-02-2023 [14:05]
Ötən günlərdə Tehrandakı Azərbaycan Respublikası səfirliyinə İran xüsusi xidmət orqanlarının tapşırığı ilə təşkil olunmuş xain terror əməlinin icraçısı Yasin Hüseynzadə bu işi yarıtmaz yerinə yetirib quyruq ələ verdiyi üçün ruhi xəstə adı ilə tələm-tələsik xəstəxanaya yatırıldıqdan sonra bu ölkədə “tolnebəxşiş” yəni reabilitasiya olunmaq istəyənlərin sayı yaman artıb.
Xüsusən Cənubdakı Xoy şəhərində baş vermiş zəlzələdən sonra evsiz-eşiksiz qalmış azərbaycanlılara bir girvənkə düyü və bir aftafa da yardım etməyən fars-molla rejimi bunun əvəzində Qarabağdan qovularkən başına çömçə dəymiş pişiklər kimi səndəlləyib gic olmuş erməni dığaları üçün məxsusi bir pişvaz həvəsinə düşüb. Düşür-düşsün, işimiz yox. Kişvər onlarındı. Amma agah olan budur ki, bəli İkinci Qarabağ savaşından sonra ermənilərdən də pis pəjmürdə olmuş “ağalar” deyəsən Tehran səfirliyindəki rəzillikdən sonra artıq “islanmışın yağışdan nə qorxusu” – deyib əməlli-başlı girişiblər əsl qardaşlarını daha sıx qucaqlamağa. Düzdür, Şirazda bir çoxları hələ də ermənidən gələn çaxır qoxusunu xoşlamasalar da onlar bu erməni gədələrinin hətmən ki, Təbrizə də gətirilməyəcəyini yaxşı bilirlər. Təbriz, həmin Təbrizdir!
Bizim rəhmətlik Mirzə Cəlil demişkən, – “pəs, a gədə, bunlar harada qalacax, nə yeyəcək?” Bax burda camaatın gözü bu günlərdə İrəvana səfərə gəlmiş ağayi Seyid Sultana çevriləndə o da deyəcək: “Baba, boş burax. Bir sözdür demişəm, bizim burada nəyimiz var, ərməniyə də baxaq. Nə zad ki var, kullən, veririk. Neft, qaz, ərzaq, paltar… Ermənilər aftafa tanimasalar da, amma unitaz veririk. Vəli bu xain, satqın insanlar əməli-saleh olmadıqları üçün Qarabağ savaşında mollalarımız nə qədər dua etdisə də, Xudafərindən o yana keçmədi. Yəni Araz qırağında toplanıb o taya həsrətlə baxan azərbaycanlıların səs-küyü bizim dualardan üstün oldu. İndi əlacımız qalıb bir ona ki, beş-on dığa gəlib İran darularından yesinlər ki, ta naxoş olmasınlar. Axı, üstündən az qala üç il keçib, hələ də sağalmayıblar!”.
Hə, ağayi Seyid! Axı seyidlər Peyğəmbər nəslindəndir! Elə isə bəs sənin İrəvanda oturduğun stolun üstündə konyak vurub, kef məclisi təşkil edənlərlə yan-yana nə işin vardı? – deyə bir gün soruşsalar nə cavab verəcəksən? Desələr ki, hələ yüz illər əvvəl müsəlmanlar bu torpaqlarda dən davası deyil, din davası edib şəhidlər veriblər axı! – bundan heç utanacaqsanmı? Bəs mən də səndən soruşuram. Üç saatdan sonra təsiri itən İran darusuynan siz nəyi sağaldacaqsınız?! “Erməni xəstəliyinimi?!” Yox baba! Onun dərmanı bizdədir. Özləri yaxşı bilir. Bir dəfə başlarına dəyib!/serqqapısı.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi