70 YAŞLI RAMİZ RZAYEV MÜQAVİMƏT GÖSTƏRİR; Ali məhkəmə sədri "bu qanunun mənə aidyyatı yoxdur" deyir - MÜSAHİBƏ
27-02-2023 [14:07]
Ali Məhkəmənin sədri Ramiz Rzayevin səlahiyyət müddətinin başa çatması barədə xəbərlər yayılıb.
Mia.az xəbər verir ki, hətta bir çox saytlarda 70 yaşlı Ramiz Rzayevin yerinə Milli Məclisin sədr müavini Əli Hüseynlinin təyinatına hazırlıq getdiyi də iddia olunub: "Artıq bir neçə dəfə səlahiyyət müddəti uzadılan Ramiz Rzayev yola salınır. Daha dəqiqi, bu dəfə onun səlahiyyət müddəti artırılmayacaq. Bu dəfə Əli Hüseynli Ali Məhkəməyə sədr göndəriləcək".
Mia.az xəbər verir ki, Milli Məclsiin son iclasında Bakı Apellyasiya Məhkəməsinin hakimi Səadət Bəktaşinin Naxçıvan Ali Məhkəməsinə hakim təyinatının təsdiqlənməsi də Ramiz Rzayev barədə fikiri qüvvətləndirib.
Bir çox müşahidəçilər bu və ya digər məqamları nəzərə alaraq, islahat növbəsinin Ali Məhkəməyə yetişdiyini iddia edərək, 2005-dən bu postu tutan 70 yaşlı Rzayevin bu dəfə pensiyaya göndəriləcəyini deyir.
Xatırladaq ki, Naxçıvan Ali Məhkəməsinə hakim təyin olunan Sədaət Bəktaşinin həmin məhkəmənin sədr təyinatı bu günlərdə rəsmiləşəcək.
Maraqlı budur ki, Ramiz Rzayev isə Ali Məhkəmənin sədri vəzifəsindən getmək istəmir.
Mia.az xəbər verir ki, bu, onun manset.az-a müsahibəsində də özünü göstərib.
Həmin müsahibəni oxucuların təqdirinə buraxırıq:
- Ramiz müəllim, sizin vəzifənizlə vidalaşacağınız iddia olunur. Bu barədə nə deyə bilərsiniz?
- Yox, ay qardaş. Elə bir şey olsa rəsmi məlumat olardı. Həyatdır səbrli olaq, baxaq görək necə olur.
- Qanuna görə, Ali Məhkəmənin hakimləri üçün son yaş həddi 68-dir. Sizin yaşınız 68-dən çox olduğu üçün vəzifədən gedəcəyiniz istisna edilmir. Bu məsələyə münasibətiniz necədir?
- Bilirsiniz necədir? Biz qanunda dəyişiklik elədik. Qanunla yaş 65 olanda 5 il də uzadılırdı. Kim bu qanunun dövründə təyin olunubsa, onlara şamil olunur. O qanun qəbul olunandan sonra yaş həddi 68 oldu. Yəni iki fərq var. Biri var qanun qəbul olana kimi hakim qəbul olunanlar, biri də var yeni qəbul olunandan sonra təyin olunanlar. Yeni qəbul olunanlara birinci instansiya məhkəməsində son yaş həddi 66 yaş, Ali məhkəmədə isə 68 yaşdır. Bilirsiniz mən 2005-ci ildən bu vəzifədə çalışıram. Həmin qanun 2015-ci ildə qəbul olunub. Bəzi adamlar qanunu bilmir, eşitdiyini danışır. Mətni açıb oxusalar, düzgün şərhini verə bilərlər.
- Sizin yaşınız 68-I keçibsə, bu, sizə şamil edilmir?
- O qanun mənim təyinatımdan sonra olduğu üçün mənə aidiyyatı yoxdur. Mən köhnə qanunun vaxtından bu vəzifədəyəm.
Samir MUSAYEV
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi