07-05-2014 [11:58]
Milli İstiqlal Partiyasının (AMIP) lideri Etibar Məmmədov son zamanlar Rusiyadan Azərbaycana qarşı təhlükələrin artması ilə bağlı səslənən iddialara münasibət bildirib. E.Məmmədov Modern.az saytına açıqlamasında Rusiyadan Azərbaycana hər hansı təzyiqlərin olacağı haqda deyilənlərin tam həqiqəti əks etdirmədiyini bildirib və mətbuatı da təqsirli bilib.
"Bəzi mətbuat orqanları Azərbaycan əhalisində xof, qorxu yaratmaq mövqeyindən çıxış edirlər. Həm də bir növ Azərbaycanda Rusiyanın təbliğatını aparırlar. Bu, yolverilməzdir. Azərbaycan müstəqil dövlətdir və onun milli maraqları, mənafeyi var. Azərbaycan həmin mənafeləri müdafiə etməyə qadirdir. Vətəndaşları bu yöndə istiqamətləndirmək lazımdır. Azərbaycan heç bir dövlət tərəfindən işğal edilə bilməz. Təhlükə olarsa belə, Azərbaycan təslimçilik mövqeyindən çıxış etməz”,-deyə AMİP lideri qeyd edib.
E.Məmmədov BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Azərbaycanda Rusiya bazalarının yerləşdirilməsi təklifini də şərh edib. Onun sözlərinə görə Azərbaycanda hər hansı dövlətin bazasının yerləşdirilməsi suverenliyin itirilməsi deməkdir.
"Bu cür təkliflərin verilməsi Azərbaycanın Konstitusiyasına və milli maraqlarına ziddir”.
Qeyd edək ki, Krımın Rusiyaya ilhaqından sonra Cənubi Qafqaz bölgəsinin əsas münaqişə ocağı olan Dağlıq Qarabağ problemində də Kremlin eyni addımları atacağı ehtimalları səslənir. Krımın ardından Azərbaycanın işğal altında olan bölgələrinin Rusiyaya birləşdirilməsi məsələsi Rusiya Liberal Demokrat partiyasının lideri Vladimir Jirinovski tərəfindən də təklif olunub.
Bu ərəfədə isə BAXCP sədri, deputat Q. Həsənquliyev Dağlıq Qarabağ münaqişəsinin açarının Kremldə olduğunu əsas gətirərək, Azərbaycanın Rusiya ilə yaxınlaşmasından söz açıb. O bildirib ki, Azərbaycan suverenliyini əldən verməmək şərti ilə Rusiya hərbi bazalarının ölkəmizdə yerləşdirilməsinə razılıq verməlidir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi