İcra başçısı “Şəhidlər”in abidəsini ziyarət etdi, veteranlarla görüşdü - TƏDBİR

img

07-05-2014 [11:57]


Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki "Şəhidlər” abidə kompleksinin önünə Böyük Vətən Müharibəsində faşizm üzərində qələbənin 69-ci ildönümü münasibətilə əklilqoyma mərasimi keçirilib.

 Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov Böyük Vətən müharibəsi veteranları, arxa cəbhə iştirakçıları, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərinin ailə üzvləri və rayon ictimaiyyəti də iştirak ediblər.

 Mia.az-a daxil olan məlumata görə, tədbirdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov şanlı Qələbəyə neft Bakısının verdiyi töhfənin əvəzsiz olduğunu, müharibə illərində Sovet İttifaqında hasil olunan neftin dörddə üç hissəsi, aviasiya benzini və yüksək keyfiyyətli motor yağlarının 85-90 faizinin Azərbaycanın payına düşdüyünü bildirib. Hər il ölkə başçısı tərəfindən imzalanan "1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi barədə” və digər bu qəbildən olan Sərəncamlar göstərilən diqqətin bariz nümunəsi olaraq səciyyələndirib.

 Tədbirdə çıxış edən veteranlar keçdikləri şərəfli ömür yolundan danışaraq, respublikamızda, o cümlədən Qaradağ rayonunda gedən tikinti, yenidənqurma və abadlıq işlərini yüksək qiymətləndirərək, özlərinə göstərilən böyük diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə dərin təşəkkürlərini bildiriblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA