Vardanyanın "vurulması"nın sirri: növbəti hədəf Araik Arutyunyandır – TƏHLİL
25-02-2023 [11:47]
Rusiyadan Azərbaycanın Qarabağ iqtisadi zonasının rus sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına göndərilən və 2022-ci ilin 4 noyabrında separatçı tör-töküntülərin “dövlət naziri” vəzifəsinə təyin edilən rusiyalı milyarder Ruben Vardanyan vəzifəsindən azad edilib.
R.Vardanyanın yerinə “dövlət naziri” vəzifəsinə Qurgen Nersisyan təyin edilib.
Beləliklə, 112 günlük Vardanyan tamaşası sona çatmış oldu.
Vardanyan ilə separatçı tör-töküntülərin “rəhbəri” Araik Arutyunyan arasında intriqanın olduğu bəlli idi.
Ruben deyib ki, “Birincisi, niyə istefa vermədim? Düşünürəm ki, mən əsgərəm, istefa verə bilmərəm. Lazımdırsa, komandir məni azad edə bilər”.
O bununla Arutyunyan ilə aralarındakı fikir ayrılıqlarına diqqət çəkərək, vəzifəsindən öz istəyi əsasında getmədiyini demək istəyir.
Vardanyanın vəzifədən azad edilməsinin pərdəarxası
R.Vardanyan hər nə qədər vəzifədən azad edilməsini Arutyunyan ilə əlaqələndirsə də, prosesin əsl səbəbi haqda da ipucları verir. Misal üçün o “birincisi, niyə istefa vermədim? Düşünürəm ki, mən əsgərəm, istefa verə bilmərəm. Lazımdırsa, komandir məni azad edə bilər” sözlərinin ardınca fikrinə davam edərək deyib ki, “həm də kənardan təzyiq həddən artıq böyük idi. Arutyunyanda informasiya daha çoxdur və o, situasiyanı bilir”.
Vardanyan “kənardan təzyiq həddən artıq böyük idi” deyərkən faktiki olaraq Azərbaycanı, daha dəqiq desək, Prezident İlham Əliyevin qəti iradəsini nəzərdə tutur. Məsələ ondadır ki, ölkə başçısı Vardanyan məsələsində lap əvvəldən prinsipial mövqe sərgiləyərək Rusiyaya açıq şəkildə etirazını bildirdi. Mümkündür ki, Prezident İlham Əliyev fevralın 14-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə telefonla danışığı zamanı Vardanyan məsələsində yekun sözünü deyib. Digər tərəfdən, Kremlin Vardanyan məsələsinə ötəri yanaşma ehtimalı nəzərə alınaraq hərbi əməliyyat variantı da “B” planı kimi qüvvədə idi.
Növbəti hədəf Araik Arutyunyandır
Azərbaycan Prezidentinin Vardanyan məsələsindəki prinsipial və sarsılmaz mövqeyi Araik Arutyunyanın da sıradan çıxması ilə nəticələnə bilər.
Birincisi, R.Vardanyanın Azərbaycanın təkidi ilə vəzifəsindən azad edilməsi hər şeydən öncə rəsmi Bakının Xankəndi üzərində təsirinin olduğunu göstərir. Bu, həm də Azərbaycanın Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərə nəzarət imkanın olmadığı arqumentlərini çürüdür.
İkincisi, R.Vardanyanın məhz Bakının təkidi ilə vəzifəsindən uzaqlaşdırılması erməni əsilli insanlar arasında separatçı rejimə və Araik Arutyunyana olan inamı azalda bilər. Bu, Bakının həm də növbəti mərhələdə Araik Arutyunyanı sıradan çıxarması üçün əlavə dividentlər qazanması deməkdir.
Üçüncüsü və ən önəmlisi, Vardanyanı Rusiyanın belə qoruya bilməməsi erməni əhalisində sülhməramlıların “təhlükəsizliyin qarantı” obrazını sarsıtdı.
Laçın yolunda aksiya başa çatır?
Vardanyanın vəzifəsindən uzaqlaşdırılması bu sualı aktuallaşdırır. Lakin bu, Laçın yolunda davam edən ekoaksiyanın başa çatması üçün əsas deyil. Bunun üçün əvvəlcə aksiya iştirakçılarının tələblərinə nəzər yetirmək lazımdır.
Birincisi, Qarabağ ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlılarının nəzarətində olan yerlərə sülhməramlılarla yanaşı, Azərbaycanın dövlət qurumları da nəzarət etməlidir.
İkincisi, Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında Azərbaycanın bütün dövlət strukturlarının, o cümlədən Daxili İşlər Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Dövlət Gömrük Komitəsinin nəzarəti bərpa edilsin.
Üçüncüsü, Laçın istiqamətində Ermənistanla sərhəddə Azərbaycan Dövlət Sərhəd Xidmətinin və Dövlət Gömrük Komitəsinin ayrıca postları yaradılsın.
Dördüncüsü, Arutyunyan-Vardanyan cütlüyü Qarabağı tərk etməlidir.
Şərtlərə baxdıqda yalnız dördüncü şərtin hələlik yerinə yetirildiyini görmək olar. Daha doğrusu, bu tələb də tam deyil, 50 faizi yerinə yetirilib. Çünki Vardanyan vəzifəsindən uzaqlaşdırılsa da, Arutyunyan ilə bağlı hələlik heç bir tədbir görülməyib.
Aksiya iştirakçılarının digər tələbləri isə ümumiyyətlə həyata keçirilməyib. Vardanyanın vəzifəsindən uzaqlaşdırılması Laçın yolunda aksiyanın yekunlaşması üçün əsas deyil.
Turan Rzayev,
Politoloq
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi