Şirvan şəhərində qarşıda duran vəzifələr müzakirə edilib - FOTO
24-02-2023 [19:39]
Bu gün Şirvan Şəhər İcra Hakimiyyətində “Şirvan şəhərinin 2022-ci ildə sosial-iqtisadi inkişafının yekunları və 2023-cü ildə qarşıda duran vəzifələr haqqında” məsələlər müzakirə edilib.
Mia.az xəbər verir ki, öncə Şirvan Şəhər İcra Hakimiyyəti başçısının yanında Şura üzvləri, hüquq-mühafizə orqanlarının, regional təşkilatların rəhbərləri, Yeni Azərbaycan Partiyasının şəhər təşkilatının rəhbərliyi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılan abidəsini ziyarət edib, xatirəsinə ehtiram əlaməti olaraq abidə önünə gül dəstələri düzüb.
Şirvan Şəhər İcra Hakimiyyətinin akt zalında davam edən yığıncağda əvvəlcə Ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına canından keçən şəhidlərimizin və son günlərdə qardaş Türkiyə Respublikasında zəlzələ nəticəsində həlak olan insanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov geniş məruzə ilə çıxış edərək, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hər yerində olduğu kimi, Şirvan şəhərində də ictimai-siyasi sabitliyin daha da möhkəmləndiyini, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində irimiqyaslı abadlıq-quruculuq işlərinin həyata keçirildiyini, su-kanalizasiya sisteminin yenidən qurulması, daxili avtomobil yollarının çəkilişi, küçələrin işıqlandırılması, nümunəvi məhəllələrin, yaşıllıqların salınması işlərinin davam etdirildiyini bildirib.
2022-ci il ərzində ümumi məhsul buraxılışının 822 milyon 700 min manat olduğunu, sənaye sahələrində məhsulun, görülmüş xidmətlərin 55,2 faizinin və ya 309 milyon 420 min manatının dövlət, 44,8 faizinin və ya 250 milyon 722,4 min manatının isə qeyri-dövlət müəssisə və təşkilatları tərəfindən istehsal edildiyini qeyd edib. Şirvan şəhərində bir işçiyə hesablanmış orta aylıq əmək haqqının 687,4 manat təşkil etdiyini, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,2 faiz artdığını vurğulayıb. İcra Hakimiyyəti başçısı tərəfindən keçirilən 39 səyyar qəbul-görüşdə 2697 nəfərin, fərdi qəbullarda 341 vətəndaşın iştirak etdiyini bildirib.
Şəhər ərazisində 746 yeni iş yerinin açıldığını, qeydiyyatda olan işsiz vətəndaşlardan 361 nəfərin işlə təmin olunduğunu, 220 nəfərin özünüməşğulluq proqramına, 72 nəfərin peşə hazırlığı kurslarına cəlb olunduğunu qeyd edib. Şəhid ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğının davamı olaraq, Şəhər İcra Hakimiyyəti tərəfindən şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına xüsusi diqqət göstərildiyini, onların mövcud problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirildiyini, bayram günlərində onların sovqatla və maddi yardımla təmin olunmasının diqqətdə saxlanıldığını bildirib. Şəhər İcra Hakimiyyətinin başçısı “Bağ evləri” yaşayış massivində məktəbin, T.İsmayılov küçəsində, 28 May küçəsində, Kənd evləri, Bağ evləri və Çılpaqlı yaşayış sahəsində, Hacıqəhrəmanlı qəsəbəsində körpələr evi-uşaq bağçasının tikintisi, Bayramlı qəsəbəsində istirahət guşəsinin salınması, Heydər Əliyev Mərkəzinin müasir tələblər səviyyəsində yenidən tikilməsi, Bayramlı qəsəbəsində köhnə Pambıqtəmizləmə zavodunun bərpa olunması və yaxud zavodun bazasında yeni Toxuculuq və Xalçaçılıq fabriklərinin açılması, Mərkəzi Şəhər Stadionunda yenidənqurma işlərinin davam etdirilməsi, Şirvan şəhərindən olan şəhid ailələrinin, Qarabağ müharibəsi əlilərinin, “barak” tipli evlərdə yaşayan sakinlərin və digər aztəminatlı ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün müvafiq tədbirlərin görülməsi , ictimai nəqliyyatda olan kiçik tutumlu müasir tələblərə cavab verməyən marşurut avtobuslarının iritutumlu marşrut avtobusları ilə əvəz olunması və digər vacib məsələlərin həlli ilə bağlı təkliflər səsləndirib. Sonra 2022-ci ildə Şirvan şəhərində görülmüş işlərə həsr olunmuş videoçarx nümayiş olunub.
Yığıncaqda Şirvan şəhər Polis şöbəsinin rəisi, polis polkovniki Fizuli Əhmədov, Şirvan Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Zülfü Ağayev, Şirvan şəhər Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsinin direktoru Kamil Əhmədov, Şirvan şəhər Bələdiyyəsinin sədri Kürdoğlu Muradov, Şirvan-Salyan Regional Məşğulluq Filialının direktor müavini Xəqani Məmmədov, “Telemexanika zavodu” MMC-nin direktoru Feyruz Əsədov, Şəhid atası Alim Zülfüqarov çıxış edərək 2022-ci il ərzində ölkəmizin və Şirvan şəhərinin sosial-iqtisadi inkişafına xidmət edən fəaliyyət sahələrində əldə olunan uğurlardan danışıb, Şirvan şəhərində aparılan abadlıq, quruculuq işlərini, infrastruktur layihələrinin əhalinin rifah halının daha da yaxşılaşmasına xidmət edəcəyini vurğulayıblar. Yığıncaqda şəhərdə aparılan genişmiqyaslı abadlıq, quruculuq işlərinin, həyata keçirilən infrastruktur layihələrin şirvanlılar tərəfindən rəğbətlə qarşılandığı qeyd edilib.
Dövlətimizin başçısının uğurla həyata keçirdiyi davamlı inkişaf strategiyasının, tapşırıq və tövsiyələrinin bundan sonra da ardıcıl həyata keçiriləcəyi, şirvanlıların ölkəmizin hərtərəfli inkişafına yeni töhfələr verəcəyi, Ulu öndər Heydər Əliyev tərəfindən müəyyən olunan müstəqil dövlətçilik strategiyasının davam edəcəyinə inam ifadə olunub.
İclasın sonunda Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov 2022-ci ildə şəhərin ictimai həyatında və sosial-iqtisadi inkişafında fərqlənən bir qrup şəhər fəalına Şəhər İcra Hakimiyyəti başçısının Fəxri fərmanlarını təqdim edib.
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi