Səfər Əbiyevin adamına 3 milyonluq korrupsiya ittihamı

img

07-05-2014 [09:53]



Səfər Əbiyev tutduğu vəzifədən çıxarılandan sonra ətrafı "krışa”sız qaldı. Nəticə də özünü çox gözlətmədi. Hərbi Dəniz Qüvvələrində Hərbi Prokurorluğun apardığı araşdırmalar nəticəsində vitse-admiralı Şahin Sultanov da daxil olmaqda 8 yüksək vəzifəli hərbçi həbsə alınıb. 

"N” saylı məxfi hərbi hissənin komandiri Elçin Xəlilovun həbsi də bu sıradadır. Xatırladaq ki, Bakı Hərbi Məhkəməsi E.Xəlilovu Cinayət Məcəlləsinin 308.2. və 179.3.2. maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında barəsində üç ay müddətinə həbs-qətimkan tədbiri seçib.

Mia.az xəbər verir ki, musavat.com E.Xəlilovun həbsinin detalları haqda məlumat yayıb. Məlumata görə, həbsindən 2 ay əvvəl Müdafiə Nazirliyinə dəvət olunan E.Xəlilova nazirliyin daxili yoxlaması nəticəsində rəhbərlik etdiyi hərbi hissədə 3 milyon manata yaxın yeyintinin olması bildirilib. E.Xəlilovdan həmin vəsaitin geri qaytarılması istənilib. Sabiq nazirin köməkçisi 2-3 gün ərzində həmin vəsaiti geri qaytaracağına söz verib. Lakin 2 ay ərzində vəsait dövlət büdcəsinə qaytarılmayıb. Bundan sonra məsələ ilə bağlı Hərbi Prokurorluğa yeyinti haqda məlumatlar göndərilib.

Məsələ Hərbi Prokurorluqda araşdırılıb və istintaqa dəvət olunan Elçin Xəlilov orada qandallanıb. Aparılmış istintaqla müəyyən edilib ki, Elçin Xəlilov Müdafiə Nazirliyinin Elmi-Tədqiqat Mərkəzinə rəhbərlik etdiyi müddətdə vəzifə səlahiyyətlərini aşmaqla külli miqdarda dövlət əmlakını talayıb. Hazırda həmin cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA