Prokurorluq Mətanən Əzizova ilə bağlı məlumat yaydı

img

06-05-2014 [22:40]


Baş Prokurorluq hüquqmüdafiəçisi Mətanət Əzizovanın evində aparılan axtarışla bağlı məsələyə aydınlıq gətirib.

Respublika Baş Prokurorluğunun mətbuat xidmətindən verilən məlumata görə, Hüquqi qeydiyyat keçməyən Qadın Krizis Mərkəzi adlı Qeyri-Hökümət Təşkilatının rəhbəri Mətanət Əzizovanın qeydiyyatda olduğu və faktiki yaşadığı ünvanda Baş Prokurorluğun Ağır cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin əməkdaşları tərəfindən məhkəmənin qərarı əsasında axtarış aparılıb.

Mənzildən iş üçün əhəmiyyət kəsb edən sənədlər və elektron daşıyıcıları aşkar edilərək maddi sübut kimi götürülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA