ERMƏNİLƏRİN NÖVBƏTİ HƏMLƏSİ: Bakının cavabı necə olacaq? - TƏHLİL
22-02-2023 [16:48]
Fevralın 21-i saat 20:45-dən fevralın 22-si saat 01:20-dək Azərbaycan Ordusunun Tovuz rayonu və Naxçıvan MR-nin Sədərək rayonundakı mövqeləri atəşə məruz qalıb.
Bundan başqa, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Təzəkənd yaşayış məntəqəsi, Şuşa şəhəri və Xocavənd rayonu istiqamətlərində yerləşən mövqeləri də atəşə tutulub.
Nə baş verir?
İndiki məqamda erməni silahlılarının həm Ermənistan ərazisindən, həm də rusiyalı sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərdən mövqelərimizi atəşə tutması diqqət çəkir. Məsələ ondadır ki, fevralın 20-də Avropa İttifaqının missiyası Ermənistanda fəaliyyətə başlayıb və cəmi bir gün sonra erməni qüvvələri təxribata əl atır.
Bu hadisə bir daha onu göstərir ki, Aİ missiyasının gəlişi regionda vəziyyətin sabitləşməsinə yox, gərginləşməsinə xidmət edəcək. Ümumiyyətlə, rəsmi Bakı bu haqda əvvəllər də xəbərdarlıq edib. Çünki Ermənistan tərəfi Aİ missiyasının gəlişini öz çirkin siyasəti üçün istifadə etməyə çalışır. Bu mənada bənzər təxribatların bundan sonra da olması mümkündür.
İrəvan bu yolla göstərmək istəyir ki, regionda gərginliyi artıran guya Azərbaycandır və rəsmi Bakının mövqeyi destruktivdir. Erməni tərəfi avropalı müşahidəçilərin regionda olmasını həm də özü üçün “təhlükəsizlik çətiri” hesab edir.
Tehranın səssizliyi, Kremlin qəzəbi
Diqqətçəkən bir digər məqam İranın səssizliyidir. Məsələ ondadır ki, Aİ missiyası həm də Ermənistan ilə İran sərhədinə yaxın ərazidə fəaliyyət göstərir.
Rəsmi Tehran prosesi yaxından izləsə də, hadisələrə müdaxilə etmək iqtidarında deyil. Çünki İsrailin bir müddət öncə İrana məxsus hərbi obyektləri PUA-lardan məhv etməsi, Tehranda Azərbaycan səfirliyinə edilən terror hücumu və təbii ki, daxildəki etiraz aksiyalarına görə İranın başı kifayət qədər qarışıqdır. Tehran hələlik prosesləri müşahidə etməklə kifayətlənir.
Rusiya isə açıq şəkildə Aİ missiyasının Ermənistanda yerləşdirilməsinə neqativ münasibətini gizlətmir. Məsələ ondadır ki, Aİ missiyasının əsas vəzifəsi Ermənistandakı rus təsirini zəiflətməkdir. Onsuz da bir müddətdir davam edən anti-Rusiya abu-havası Aİ missiyasının Ermənistanda yerləşdirilməsi ilə daha da artıb. Kreml missiyanın əsl niyyətini yaxşı anlayır və buna görə də narahatlığını gizlədə bilmir.
Bakının cavabı necə olacaq?
İndiki məqamda Azərbaycan üçün erməni silahlı dəstələrinin hansı ölkənin və ya missiyanın arxasında gizlənməsinin heç bir əhəmiyyəti yoxdur. Rəsmi Bakı bundan öncə olduğu kimi, yenə də istənilən təxribata sərt şəkildə cavab verəcək. Prinsip etibarilə son təxribatlara Ordumuzun adekvat cavab verməsi də bunu təsdiqləyir.
İstənilən təxribatların məsuliyyətini rəsmi İrəvan daşıyır və mümkündür Bakı təxribatların intensivləşməsi halında cavab tədbirlərini sərtləşdirə və növbəti cəza xarakterli hərbi əməliyyatlara başlaya bilər!
Turan Rzayev,
Politoloq
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi