İkinci nokaut...
21-02-2023 [21:22]
Əli Cabbarov,
Naxçıvan Dövlət Universitetinin dosenti
***
Separatist, işğalçı, kapitulyant, revanşist! Bir də bunlara boynubükük miskin bir sifət də əlavə etdikdə erməni liderin təmsil etdiyi bir toplumdan istənilən birinin üz cizgiləri haqda dəqiq təsəvvür yaranır.
Erməni olmaq, ermənicə yaşamaq, ermənicə düşünmək bir yana, dünyanı ermənicə görmək istəyən hayların aynadakı əksi həmişə bunu göstərir. 1988-ci ilin 20 fevral günü yaşadıqları zəngin dünyadan qopub özlərinə ayrıca bir populyasiya qurmaq kimi sərsəm separatist xəyallar ardınca qanlı əməllərə başlayan ermənilərin bundan sonrakı həyatı isə başlarına dəyən yumruqdan sonrakı nokautdan başqa bir şey deyil.
Bir ilə yaxın müddətdə Rusiyanın Ukraynaya qarşı davam edən birbaşa hərbi müdaxiləsi və qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələnin vurduğu yaraların sarılması fonunda gündəmə gələn 59-cu Münxen Təhlükəsizlik Konfransında ilk dəfə bir araya gələn Azərbaycan, Gürcüstan və Ermənistan liderlərinin açıqamaları həm bu mötəbər disikussiya platformasında, həm də bütün dünyada maraqla qarşılanırdı. Hər kəs bölgə hegemonu Rusiyanın Ukraynada küncə sıxışdırılmasından istifadə edərək Cənubi Qafqazda nəhayət ki, davamlı sülhün yaradılması üçün tərəflərin imkanları səviyyəsində konstruktiv səmimiyyət göstərməsini, ələ düşən tarixi fürsətləri qızıla çevirib ondan uzunca illər ərzində faydalanmasını gözləyirdi. Belə ki, gec-tez Rusiyanın da Ukraynadan qovulacağının və bundan sonra dünyanın artıq köhnə dünya olmayacağının bilindiyi bir ərəfədə bu kimi platformalarda dilə gətirilən yanaşmalar əslində formalaşdırılan yeni konfiqurasiyanın da aktiv mərhələyə keçməsindən xəbər verirdi. Qardaş Türkiyədə aktivləşən fay xətlərinin yaratdığı zəlzələnin faciələrinin aradan qaldırılması üçün dünyanın əlbir olduğu bir vaxtda SSRİ-nin dağılması ilə dünya düzənində baş vermiş sarsıntının ardından gələn təkanların artıq Ukraynada sona çatması üçün də son şans olduğu buradakı açıqlamalardan bəlli idi. Ancaq, özünün separatist, işğalçı, talançı, vandal keçmişindən utanmayıb, məğlub dövlətin kapitulyant baş naziri olmaqdan utanan Paşinyanın hardasa qisas almaq həvəsi bu toplantıda bir daha üzə çıxdı. Əvvəlcə, erməni liderin davam edən Rusiya-Ukrayna müharibəsi ilə bağlı moderatorun sualına “Ukraynadakı münaqişə” kimi cavab verməsi hayların Münxen kimi Avropanın orta göbəyində otursalar da belə Kremlin təsir dairəsindən kənara çıxa bilməmələrinin bir sübutu idi. Rusiyanın qorxusundan bu dəhşətli işğalı “Ukraynanın daxili münaqişəsi” kimi qələmə verməyə çalışan erməni baş nazir əslində öz keçmişlərini — 30 ilə yaxın bir müddətdə Azərbaycan torpaqlarında törətdikləri əməlləri ört-basdır etməyə çalışırdı. Halbuki, artıq bir il davam edən Rusiyanın Ukraynaya hərbi təcavüzü nəticəsində hər iki tərəfdən 300 mindən artıq insanın həlak olması ilə yanaşı, Ukraynanın kritik mülki infrastruktur obyektlərinə dəyən yüz milyardlarla zərər son nəticədə Avropanın, eləcə də bütün dünyanın gələcəkdə qarşılaşacağı çox ciddi problemlərdən xəbər verir. Çünki, Ukrayna dünyanın taxıl anbarıdır və dünyanın ərzaq təhlükəsizliyi də ermənilərin əsas ixrac məhsulu olan konservləşdililmiş badımcan kababı və konyakla həll olunmur. Yəni, dünya Ermənistansız da yaşaya bilər.
Əslində isə revanşistlərin liderini utandıran “kapitulyant”, yəni “təslimçi” olması onun müasir liderlər üçün mütləq keyfiyyətlərdən biri sayılan yüksək poliqlot bacarığından qısırlığını pərdələnmək üçün diskussiya zalı daxilindəki bir centlemen gedişi idi. Həmin zaldakı bütün iştirakçılardan ən aşağı dərəcədən ingilis dilinə sahib olan Paşinyan sıxışdığı anda lazım gəlsəydi, toplantının ortasında sələfi Koçaryanın Rambuyedə etdiyi kimi ayaqyolu bəhanəsindən də istifadə edərdi. Ən utandırıcı fakt isə dövlət başçımızın nitqində açıqca göstərildiyi kimi, Livan ölkəsi boyda Azərbaycan ərazilərinin yad planetlilər tərəfindən deyil, qonşularımız tərəfindən dağıdıldığını eşitmək idi. Özünün “ağa”ları ilə əl-ələ verərək işğal dövründə Qarabağı talayan, Kəlbəcərin kənd evlərinin belə künc daşlarına qədər söküb Araz qırağında xuruş edən ermənilər bir zamanlar Azərbaycan Dəmir Yolunun mülkiyyətində olmuş bütün infrastrukturu, polad relsləri də saqqallı ağalarına satmışdılar. Bu gün Rusiyaya təmin etdikləri silahlarla Ukraynaya qarşı davam edən işğalçılıq müharibəsinin də artıq bir tərəfi halına gəlmiş həmin “ağa”lar məhz Qarabağdan daşıdıqları müftə sərvətlə özlərini əməlli başlı tutmuşdular.
Bəli, bütün bunlar çox ayıb və üzqızardıcı faktlardır. Bu faktlar açıqlandığında nokaut yumruğu qədər sərsəmlədici olsa da, sonda ƏDALƏT hakiminin qərarı son sözünü deyir. Ədaləti isə kənardan axtarmaq deyil, onu özü bərpa etmək Azərbaycanın son üç ildə qazandığı ən böyük nailiyyət, beynəlxalq təcrübədir. Münxen Təhlükəsizlik Konfransında dövlət başçımızın dediyi kimi “Biz 28 il boyunca sülh danışıqları aparmışıq, 1992-ci ildən 2020-ci ilə qədər. Əgər biz Qarabağ münaqişəsini döyüş meydanında həll etməsəydik, bu sülh danışıqları daha 28 il çəkəcəkdi”.
Bu, Azərbaycanın haqqı idi və HAQQ ədalət də zəfər çaldı.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi