Gülər Əhmədova şəhəri tərk edib

img

06-05-2014 [17:52]


Dünən azadlığa buraxılan sabiq millət vəkili Gülər Əhmədova şəhəri tərk edib. 

Hafta.az-ın əməkdaşı bu gün eks-deputatın evinə baş çəkib. Binanın mühafizəçisi əməkdaşımıza bildirib ki, Gülər Əhmədova hazırda evdə deyil: "Səhər mən növbəmi təhvil alanda Gülər xanımgil çıxdılar. Fikrət müəllimlə birgə bağ evinə getdilər. Kiçik oğlu da onlarla getdi. İndi evdə tək qız var. Mənə tapşırıblar ki, heç kimi buraxmayım. Qız da xadimədir, evi təmizləyir".

Bələdçi G.Əhmədovanın bağ evinin harada olduğunu bilmədiyini dedi: "Bilmirəm bağ evi özlərinindir, ya başqasının. Yəqin ki, axşama qayıdarlar. Siz axşamüstü gəlin".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA