Nazir Tibb Universitetinə gəldi; Oqtay Şirəliyevə hesabat verildi

img

06-05-2014 [17:46]


 Bu gün səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, millət vəkili Əhliman Əmiraslanovla birgə ATU-nun Stomatoloji Klinikasının nəzdində yeni tikilən Stomatoloji Tədris Mərkəzinə baxış keçirib.

Mia.az-a Tibb Universitetinin mətbuat xidmətindən daxil olan məlumata görə, Stomatoloji Klinikanın direktoru Alqış Səfərov mərkəzdə quraşdırılan yeni, məxsusi olaraq mərkəz üçün Avropadan gətizdirilən avadanlıqlar barədə məlumat verib. Onun sözlərinə görə, dünyanın yalnız aparıcı ölkələrinin tibb müəssisələrində olan bu avadanlıq tələbələrin nəzəri və praktiki biliklərini təkmilləşdirməkdə müstəsna əhəmiyyətə malikdir. 

 Səhiyyə naziri Oqtay Şirəliyev Stomatoloji Mərkəzdə görülən işlər, klinikanın təchizatını yüksək dəyərləndirdiyini deyib. Nazirin sözlərinə görə, klinikanın bütün avadanlığı tibb elminin ən son nailiyyətlərinə cavab verir  və  bu cür müasir, modern texnoloji avadanlıqlarla çalışmaq rezidentlər üçün müsbət təcrübə yaradacaq.

 Daha sonra isə nazir O.Şirəliyev və rektor Ə.Əmiraslanov ATU-nun 4 saylı tədris binasındakı vəziyyət, xüsusilə Elektron mikroskopiya laboratoriyasında quraşdırılan yeni avadanlıqla tanış olublar. Nazirə verilən məlumata görə, burada yaradılan şərait dünya universitetlərinin laboratoriyalarında istifadə olunan tam avtomatlaşdırılmış, ən müasir analizatorlar yerləşdirilib.

 Nazirlə görüşdə stomatologiya fakültəsinin dekanı prof. Zöhrab Qarayev, uşaq stomatologiyası kafedrasının müdiri prof. Rəna Əliyeva, insan anatomiya kafedrasının müdiri Vaqif Şadlinski, kafedranın professoru Mübariz Allahverdiyev, epidemiologiya kafedrasının müdiri İbadulla Ağayev, biokimya kafedrasının müdiri Arif Əfəndiyev və digərləri iştirak ediblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA