Uşaqlar və körpələr arasında vərəm niyə yayılıb? - Mütəxəssis rəyi
20-02-2023 [09:09]
Biz camaat olaraq vərəm xəstəliyini ciddi saymırıq. Vərəm xəbərlərini oxumuruq, ildə bir dəfə vərəmlə mübarizə günü qeyd olunur, fikir vermirik. Hətta vərəmə yoluxuruq, yenə eynimizə olmur. İşləmək, pul qazanmaq istəyirik. Vərəmli insanların sayı çoxalanda da hökumətin üstünə düşürük, “niyə insanları sagaltmırlar”, - deyə səhiyyəni söyürük.
Səhiyyənin bu sahədə nöqsanları var, bu ayrı söhbətdi. Deyəcəyik. Amma indi mən sizə desəm ki, son 2 ildə uşaqlar və hətta körpələr arasında vərəm sürətlə çoxalmaga başlayıb, adam vahiməyə düşərmi? Düşər.
Həqiqətən də vərəmli uşaqların və körpələrin sayının son iki ildə artdıgı qeydə alınır.
Bu və vərəmə dair digər problemlərlə bağlı Mia.az-a danışan Vərəm üzrə QHT Koalisiyasının katibi, Vərəmlə mübarizə üzrə Avropa Koalisiyasının idarə heyətinin üzvü Pərvanə Vəliyeva mövcud vəziyyətlə bağlı narahatlıqlarını bölüşüb.
Onun dediklərinə keçməzdən əvvəl daha bir vahiməli və bizi həm də qıcıq edəcək xəbəri də deyim ki, dünya ölkələri arasında vərəmin geniş yayılması, həmçinin Dərmanlara Davamlı Vərəmin (DDV) statistikası üzrə çox pis yerdəyik. Yəni, dünyada bu vəziyyətə düşən 30 ölkə varsa, biz onların arasındayıq. Qıcıgımız da ondan ibarətdi ki, səhiyyəsi yerdə sürünən Ermənistan o siyahıda yoxdu.
P.Vəliyevadan əvvəlcə DDV-nin nə oldugunu soruşuruq, çünki, vərəm aydın məsələdi, hava-damcı yoluyla keçən agır yoluxucu xəstəlikdi və agciyərləri zədələyərək, ölüm yarada bilər: “DDV daha agır vəziyyətdi. Vərəmə yoluxan insan müalicəsini yarımçıq qoyanda, xəstəlik aqressivləşir və standart dərmanlara müqavimət göstərir. Vərəmin bu mərhələsini müalicə etmək həm çətindi, həm bahalıdı, həm də xəstəyə agır psixoloji təsir göstərir. Onsuz da malicə müddətində xəstələr psixoliji gərginlik yaşayır. Vərəm dərmanları bir tərəfdən insanları sagaldır, digər tərəfdən, ruhdan salır. Dərmanların yan təsiri çox agır keçir, xəstələr bundan da bezir. Vərəm xəstələri yaxşı qidalanmalıdı, amma onların böyük əksəriyyəti sosial təminat baxımından acınacaqlı vəziyyətdədi. Haradan tapıb yaxşı yesin? O yeməyi almaq üçün də işləmək, pul qazanmaq lazımdı. Xəstə işləsin, yoxsa müalicə olunsun?.
Biz təbii ki, işləməyi seçirik. Tibb müəssisəsinə getməyə vaxt lazımdı. Bizsə vaxtımızı müalicəyə yox, dolanışıga sərf edirik. Vərəmli xəstələr ailə başçılarıdı, onlar ailənin güzəranını da düşünür: “Dərmanların agır yan təsiri üzündən xəstələr müalicəni yarımçıq qoyur. Bu, çox təhlükəli haldı. Belə getsə, biz ölkə olaraq, vərəmlə mübarizədə aciz duruma düşə bilərik. Sosial faktorların aradan qaldırılması vacibdi”.
Burada bir əmmanı deməsəm, olmaz. Dərmanların yan təsirini azaltmaq mümkündü. Yəni, dərmanın da dərmanı var, demək istəyirəm. Əmma da odu ki, bu dərmanı dövlət verməlidi xəstəsinə. Üç nöqtə.
Mənə maraqlıdı ki, neçə illər ölkədə vərəmlə baglı bu qədər işlər görülsə də, niyə o 30 ölkənin arasından çıxa bilməmişik?
Müsahibimiz deyir: “DDV-lə baglı vəziyyətin, müalicənin effektivliyinin dəyərləndirilməsi üzrə Dünya Səhiyyə Təşkilatının öz standartları var. Həmin hesablamalara görə, DDV vərəmdən tam sagalma faizi 75-ə çatarsa, ölkə o “qara siyahı”dan çıxır. Biz bu neçə ildə 56, 59 faizdən birtəhər 60 faizə qalxmışıq. Amma nə yalan deyim, o faizə necə qalxdıgımızı hələ də düşünürəm...Əmin deyiləm.
Yəni, sizin də anladıgınız kimi, vərəmlə mübarizədə hələ ki, başımız rəqəmlərə, faizlərə qarışıb. Bu arada rəqəm demişkən, 2021-ci ildə 6400 vərəmli xəstəmiz olub. 890 nəfər vərəmdən vəfat edib. Yeni və residiv hallar 3700 nəfəri əhatə edib. Onların da 32 faizi qadınlardı. Uşaqların vəziyyəti isə daha təhlükəlidi.
Son illərdə uşaqlar və hətta körpələr arasında vərəm çoxalıb. Bunun bir ucu COVİD-19 pandemiyasına toxunur. 2020-21-ci illərdə camaatın evdə qaldıgı vaxtlarda vərəm üzrə müayinələr aparılmadıgı üçün evlərdə, ailə üzvləri arasında yoluxma kəskin artıb. Çünki vərəmli xəstənin simptomları aşkara çıxana qədər o, artıq ailədəkiləri yoluxdurur. Ev təmaslarının yoxlanılmaması üzündən indi biz uşaqlar və körpələr arasında vərəmin yayıldıgını müşahidə edirik”.
Mən bu uşaqların vəziyyətini gözümün önünə gətirirəm. Böyüklərin tab gətirmədiyi dərmanları onlar necə içir? Narahatam. Əks-təsir dərmanları verilmədiyinə görə. İnsanımız səhhətinə başdansovdu yanaşdıgına görə. Hansısa qara siyahıdan çıxmaqçün özümüzdən rəqəmlər uydurdugumuza görə.
Daha nə deyim?
Zülfiyyə Mustafayeva
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi