Pirşağılar Cavid Qurbanovla Ziya Məmmədova qarşı qalxdı - Aksiya

img

06-05-2014 [13:29]


Bakının Pirşağı qəsəbəsinin sakinləri "Azəryolservis" ASC-nin qarşısında aksiya keçirilər.

Etirazçıların verdikləri məlumata görə, 30- yaxın Pirşağı sakini "Azəryolservis" ASC-nin qarşısına toplaşıblar.

Onların sözlərinə görə, aksiyanın səbəbi Bilgəh-Sumqayıt yolunun çəkilməsi ilə əlaqədardır:

"Biz Bilgəh-Sumqayıt yolunun Pirşağı qəsəbəsindən keçən hissəsində yaşayırıq. Bizim evlər yol çəkilən hissəyə düşüb. Yol çəkilən ərazidə yerləşən evlərimizin kvadrat metrinə görə bizə 250 manat pul verirlər. Bu məbləğ bizi qane etmir. Hələki bizi qəbul edən və şikayətimizə baxan da yoxdur".

Sakinlərin sözlərinə görə, Kürdəxanı və başqa yerlərdə evlərin kvadratmetrinə görə 1000 manat təkilf edilir. "Biz hazırda idarənin qarşısındayıq, qəbul etməsələr buradan getməyəcəyik”(anspress).

Mia.az-ın etirazşılardan aldığı xəbərə görə, məsələylə bağlı gələn həftə qəsəbədən keşən yolu yenidən bağlayacaqlar: "Bir ay əvvəl bunu etdik. Yenə də edəcəyik".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA