İki yerə bölünən dağ və dağdan qopan iri qayaların dağıtdığı evlər... - İki kəndin başına gəlməyən qalmayıb (FOTOLAR)
17-02-2023 [14:18]
Hatayın 250 evlik Bektaşlı kəndində zəlzələdən sonra dağdan qopalan iri daşlar yuvarlanaraq birmərtəbəli evləri dağıdıb.
Ma.az xəbər verir ki, bu barədə yerli TV-lərə açıqlama verən kənd sakinlərinin sözlərinə görə, zəlzələnin kəndi və ətrafındakı dağı silkələməsi nəticəsində 49 nəfər həlak olub.
TV-yə danışan kənd sakini Abdullah İlgen deyib ki, zəlzələ olanda, yuxudaymışlar: "Zəlzələ olanda ayıldım, sarsıntı şiddətlənən kimi bayıra qaçdım. Həyat yoldaşımla dəfələrlə çalxalanmaya görə yıxıldıq. Hərəmiz bir yerə uçduq, sanki. Bir yanda 15 nəfər çöküş altındaydı, digər tərəfdə dağıntıların toz-torpağı, səs-küyü... Evi dağa yaxın olanlar qaçdı. Dağdan daşlar yuvarlandı, dağ yarıldı. Xeyli sakinimiz öldü. Sağ çıxanlar çox oldu, çox şükür. Amma yuvarlanan dağ daşlarına görə camaat qorxaraq burada qalmaq istəmədi".
Əminə İlgen ise o gecənin şokundan hələ çıxa bilmədiyini deyir: "Zəlzələ olduğunu fərq edən kimi, özümü qorumağa çalışdım. Sarsınıt məni pilləkəndən yerə fırlatdı. Qonşularım yuvarlanan iri qaya parçalarına görə kənddən qaçdılar. Hər kəs getdi, biz qaldıq. Evlərin çoxu dağılıb, bəzilərini yuvarlanan qayalar yıxdı, bəzi insanlarımız öldü. Burada indi tək ehtiyacımız ocaqdır, istilikdir...".
Xatırladaq ki, belə bir oxşar faciəli hadisə Malatyanın Doğanşehir rayonunun Kurucaova kəndində də baş verib.
Belə ki, kənddəki Kızılzarf dağı zəlzələnin təsiri ilə iki yerə bölünüb.
47 nəfərin həlak olduğu kəndin yaşı sakinləri belə bir zəlzələnin heç vaxt görmədiklərini deyib.
Zəlzələdən ailəsi ilə birgə sağ qurtulan İbrahim Tatlı bildirib ki, dağ iki yerə ayrılarkən içiindən böyük alov çıxıb: "Canımızı zor qurtardıq. Evdən çıxdığımızda kəndin qarşısındakə dağda böyük bir yarıq olduğunu gördük. Dağın ikiyə ayrıldığını görənlər içindən böyük alov topunun çıxtdığını söyləyir. İnşallah, bu günü də arxada qoyarıq".
Lamiyə,
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi