06-05-2014 [12:49]
Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusifovun rəhbərlik etdiyi təhsil ocağında qol verdiyi qanunsuzlar gündəmdən düşmür.
Bu gün universitetdən Mia.az və digər saytlara yenidən müraciət göndərilib.
Mia.az digər saytlara istinadən həmin şikayət xarakterli kompromatları təqdim edir:
"Hörmətli redaksiya! Yadigar Əliyev keçən il fevral ayının 15-də ölkə başçısı İlham Əliyevin
sərəncamı ilə Gəncə Dövlət Universitetinə rektor təyin olundu. Sabiq rektor Elman Məmmədovdan universitetlə bərabər həm
də həllini gözləyən çoxsaylı problemlər miras qalmışdı.
Bunlardan ən böyüyü və çətini isə tələbələrin davamiyyətini bərpa etmək idi ki,
Yadigar Əliyev də bu problemin həlli
üçün qətiyyət göstərməli oldu. Yeni rektor illərdən bəri Universitetdə kök salmış
rüşvətxorluğun kökünü kəsmək üçün öncə məhz bu problemin
üstünə getdi. Axı nəinki Universitetdə, hətta şəhərdə də hər kəsə
bəlli idi ki,
Gəncə Dövlət Universitetinin çoxsaylı tələbələri
aylarla, illərlə bu təhsil ocağının qapısını açmır, bunun muqabilində isə rüşvət
kimi külli miqdarda pul ödəyirlər .Deyilənə görə hər belə tələbə bir il üçün semestr
imtahanları da daxil 2000 manata qədər rüşvət verirdi. Verilən
pullar isə təbii ki, tək rektora yox, həm də prorektora, dekanlara, kafedra
müdirlərinə çatırdı. Konkret halda isə məntiq onu diqtə edir ki, Yadigar Əliyev
davamiyyəti bərpa etməklə həm rüşvətin kökünü kəsdi, həm də
illərdən bəri rüşvətlə yaşayıb da nəfsinin qulu olan, öz maddi marağı naminə gələcəyimizi
baltalayan, dünyaya qarnının gözü ilə baxan bu kirli pula bulaşmış elm
nadanlarını... özünə qarşı bir cəbhədə, bir qrupda və bir "kruq”da birləşdirdi. Başqa sözlə "köhnə bazara təzə nırx ”qoydu.
Yeni rektor rüşvəti, haram pul qazanmağı həyat tərzinə çevirən buqələmunların
inadlı müqavimətinə baxmayaraq ayrı-ayrı fakültələrdən illik "sezona”, "istirahətə”,
"rusiyetə”, "alverə”, yaxud sadəcə yatmağa, bəd ayaqda uşaq əkib-doğmağa və
daha nə bilim haralara nə üçün gedən və il uzunu auditoriya üzü görməyən tələbələri-könüllü
qaçaqları universitetin çətiri
altına yığmaqda qətiyyətli və qərarlı olduğundan işi sona çatdırdı.Amma sən saydıgını say....Təhsil naziri Mikayıl Cabbarov keçən
ilin 29 iyulunda Gəncədə
keçirdiyi qəbul zamanı məlumatsızlıqdan (?!) və bilməməzlikdən (?!) rüşvətxor qrupun "dəyirmanına su axıdaraq” rektor Yadigar Əliyevə dəstək vermək əvəzinə, ...guya neqativ hallara
görə......onu axırıncı xəbərdarlıqla
şiddətli töhmətlə (birincisi nə vaxt olmuşdu ki???) cəzalandırdı. Və nazirin bu müəmmalı, eyni zamanda çox suallar, həm də
istehza dolu suallar yaradan qərarı o təhsil ocağındakı vicdanlı müəllimlər və
tələbələr arasında, elə gəncəlilər
arasında da şübhə ilə qarşılandı. Onu da qeyd edək ki,
Gəncə Dövlət Universitetinin rektoru Yadigar Əliyevin təyinatınıda başqa rektorların təyinatı
kimi ölkə başçısı verib. Yeni təyin olunan rektoru isə yeni təyin olunan təhsil
naziri bəyənmədi. Görəsən, səbəb nədir?Və nəhayət keçən oktyabrda aşagıda adları qeyd
olunan məmurların təhriki ilə Mikayıl Cabbarov işləməyinin 8 ayı tamam olmamış
Yadigar Əliyevi məcburi şəkildə məzuniyyətə göndərdi. Rektor Yadigar Əliyev
məzuniyyətə gedəndən sonra prorektor Yusif Yusifov Universitetdə toplantı
çağıraraq hamıya bəyan etdi ki, rektor birdəfəlik
gedib, o, bir daha geri qayıtmayacaq.Maraqlıdır:
prorektor nədən belə özünə arxayın
idi ki, o, rektorun bir daha
geri dönməyəcəyi haqda çox inamla danışırdı? prorektor Yusif Yusifov Maliyyə Nazirliyinin
tabeliyindəki Dövlət Maliyyə Nəzarəti
Xidmətinin rəisi olan Cavanşir Yusifovun qardaşıdır və maliyyə nazirinin müavini olan Azər
Bayramovla həm iş yoldaşı, həm də dostdurlar. Azər Bayramovun qardaşı Ceyhun
Bayramov (Bir neşə gün əvvəl vəzifəsindən komitə sədri Elşad İsgəndərovun qaynı
– Mia.az) isə təhsil nazirinin 1-ci müavinidir . Demək belə: Prorektor Yusif
Yusifov sözünü-istəyini qardaşı Cavanşir Yusifova, o da öz növbəsində maliyyə
nazirinin müavini olan iş yoldaşı və dostu Azər Bayramova, o da təhsil
nazirinin müavini olan qardaşı Ceyhun Bayramova, Ceyhun Bayramov da nazir
Mikayıl Cabbarova çatdırırdı.
Daha doğrusu, bu zəncirvari bağlılıqla iş görülür-kimin işdən çıxarılıb, kimin
işə təyin olunması bu həlqələrlə bu "kruq”da həll olunur.Məlumunuz olsun ki, Yusif Yusifov elə bu vəzifəyə-prorektorluğa da
qardaşının vasitəsilə yüksəlib. Hadisə şahidlərinin dediyinə görə, sabiq rektor
Elman Məmmədovun zamanında GDU-da Maliyyə Nazirliyinin növbəti yoxlaması zamanı
külli miqdarda- dörd milyon manatdan çox yeyinti aşkarlanıb. Bu yoxlamanı
aparan idarənin rəisi Cavanşir Yusifov rektor qarşısında şərt qoyub: Ya
qardaşım Yusif Yusifovu prorektor təyin edirsən, bu yeyinti məsələsini öz
aramızda həll edirik, ya da materiallar hüquq-mühafizə orqanlarına ötürülür, həbs
olunursan. Sabiq rektor şərtin birinci hissəsini fikirləşmədən qəbul edir. Dövlətə dəyən külli miqdarda ziyan
ört-basdır olunur, Yusif Yusifov isə prorektor vəzifəsinə təyin edilir. Bu da hələ
hamısı deyil.
Rektor Yadigar Əliyev məzuniyyətdən qayıdandan sonra... prorektor öz qrupu,
daha doğrusu, öz "kruq”u ilə birgə, yumşaq desək, üsyan edib.Məcburi məzuniyyətdə
olan, məzuniyyət bitəndən sonra işə qayıdan rektoru Universitetə buraxmamaq...
O bunu özbaşına edə bilərdimi? Amma o edir. Həm də israr və iddia edir ki,
möhürü verməməyi ona... Mikayıl Cabbarov deyib! Sual olunur: Bəyəm Mikayıl
Cabbarov prezidentin sərəncamı ilə bu ilin fevralında bu vəzifəyə təyin etdiyi
rektora başqa ali təhsil müəssisələrində olduğu kimi, səhvlərini və
bacarıqsızlığını sübut edib vəzifəsindən azad edə bilməzdimi?
Gerçəklik, məntiq və bütün gəncəlilər
deyir ki, edə bilməzdi. Çünki Yadigar müəllim rüşvətə qarşı mübarizə aparırdı,
prorektor Y.Yusifov isə rüşvətə qarşı mübarizə aparanla mübarizə aparırdı. Və o gün prorektor
nazirə istinadla möhürü vermədi. və... qardaşının "kruq”u möhür məsələsini də, rektorluq
məsələsini də həll etdi..Və əlqərəz başınızı çox ağrıtdım...Yusif Yusifov rektor təyin
olunduqdan sonra artıq universitetin qara günləri
başladı. Hər işin başını rüşvətə bağlayan rektor universitetin nizamını və tədris
qaydalarını pozmuş, həmçinin mənəvi dəyərləri ayaqlar altına atmışdır. Belə ki, Yadigar Əliyevin
zamanında pedaqoqa yaraşmayan hərəkətlərinə və rüşvətxorluguna görə vəzifədən alınan Asif Cavadov yenidən
Yusif Yusifovun təqdimatı ilə tərbiyə işləri üzrə prorektor təyin olunub.Müxtəlif qəzetlərə verdiyi
müsahibələrdə bu adam 13 aydır ki, işsiz oldugunu iddia edir, halbuki vəzifədən
alındıqdan sonra da universitetin tam ştat dosenti olmuşdur.Yadigar Əliyevi öz
müsahibısində bacarıqsız, rüşvətxor adlandıran bu şəxsin işlədiyi sahə ilə əlaqəsi belə yoxdur.
Bir sözlə , Yusif Yusifov universitetdə
tam bir anarxiya yaradıb. Bütün fakültələrdə biabırçılıq baş alıb gedir.Xarici dillər fakültəsinin dekanı Əsgər Əsgərov Yadigar Əliyevin
zamanında tələbələrdən rüşvət istəməyə cəsarət etməsə də, Yusif Yusifov rektor
təyin olunduqdan sonra tələbələrdən açıq şəkildə rüşvət tələb edir. Əjdər Əsgərov hər bir imtahana
görə tələbələrdən 50-70 manat məbləğində rüşvət tələb edir. Dekan açıq şəkildə tələbələrə
bildirir ki, bu pulu verməyənlər imtahanlardan bütün hallarda kəsiləcəklər.Əvvəllər hər semesterdə tələbələrə
testlərin sualları təqdim olunurdusa, indi bu sualları tələbələrə vermirlər. Bunun əvəzində isə
tələbələrdən dekan qiymət üçün rüşvət tələb edir.Tarix və xarici dillər
fakültəsində dövlət imtahanı və diplom işi üçün tələbələrdən700 manat tələb olunur.
Kafedra müdiri Sevda Kazımova tələbələrə
deyir ki, hara istəyirsiz şikayət edin. Bütün hallarda pulunu verməyən
tələbə diplomunu ala bilməyəcək. Kollokviumlar üçün isə Sevda Kazımova tələbələrdən
50 manat tələb edir.Filologiya fakültəsində dekan
Mübariz müəllimin tamahı o qədər güclüdür ki, imtahan və kollekviumların pulu
ilə gozü doymur,tyutor vəzifəsinə təyin etdiyi sevimli laborant
"xanımın" əli ilə tələbələrdən pərdə, jalüz, xalça üçün pul yığır. Yenə də tələbələrə "aylıq” pul müqabilində dərsə girməməyə
izin verirlər. Yadigar müəllim "aylığa” icazə vermədiyindən tələbələr dərsə gəlirdilər,
davamiyyət yaxşı olurdu. İndi imkanlı tələbələr dərslərə yenə gəlmirlər aylıga hətta günü 5 manatdan günlüyə çıxırlar .İmtahanlar əvvəl test formasında aparıldığına görə müəllimlər
pul yığa bilmirdilər. Amma indi imtahanları yazılı şəkildə aparmagı qərara
alıblar.
Rüşvət tələblərindən rektora və
yaxud digər məsul şəxsə şikayət etmək
qeyri mümkündür , bu haqda heç kimə bir söz demək mümkün deyil. Tələbə üçün elə
həmin anda tədbir görürlər. Rektora şikayət etmək olmur, olsa da heç kimi
eşitmir.Həftələrlə getsələr də rektor tələbələri qəbul etmir Ancaq Yadigar müəllim
bu məsələlərdə çox diqqətli idi. Hər tələbəyə vaxt ayırıb, dinləyib lazımi tədbirlər
görürdü. İndi isə imtahanda və ya kollokviumlarda şikayət edən tələbəyə dolayı yolla problem yaradılır.
Universitetdə Yadigar Əliyevin zamanıda rüşvətin ortadan qaldırılmasında ona yardımçı olan peşəkar müəllimlərin,habelə Yadigar Əliyevə yaxın olan müəllimlərin dərs saatları azaldılır, vəzifələrdən çıxarılır və yeni rektor həmin müəllimlərə hər vasitə ilə təzyiq etməyə çalışır.Yeni rektor ,vaxtilə Yadigar Əliyevi müdafiə məqsədi ilə mətbuatda yazılmış müraciəti imzalamaqla, onun rektorluğuna gedən yolu kəsmək istəyən kollektiv üzvləri ilə "haqq-hesab" çəkmək niyyətini gizlətmir. Yusif Yusifov mərhələlərlə həmin müraciətin müəllifləri - professor Həsənbala Sadıqov, professor Vaqif Novruzov, professor Şaiq Məmmədov, professor Telman Quliyev, dosent Elçin Cavadov, dosent Yaqub Cəfərov, dosent Niyazi Quliyev, dosent Şahin Xurşudov, dosent Zakir Zeynalov, dosent Emin Yaqubov, dosent Cabbar Qarayev, dosent Teymur İsmayılov, dosent İlqar Cabbarov, dosent Rasim Hüseynov, dosent Elxan İsmayılov, dosent Sabir Əliyev, dosent Bayram Apoyev, dosent İsfəndiyar Allahverdiyev, dosent Zakir Ələsgərov, dosent Cəfər İbrahimov, dosent Rizvan İmanov, dosent Mərdan Məmmədov, dosent İsax Mahmudov, baş müəllim Cavid Bağırzadə, baş müəllim Elman Məhərrəmov, baş müəllim İlham Məmmədov və başqalarına qarşı təzyiq planlarını işə salmışdır”.
Onu da qeyd edək ki, şikayətçilər Mia.az-a GDU-nun bütün fakültələri üzrə aylıga və illiyə çıxan tələbələrin siyahisini da göndərəcəklərini vəd ediblər. Gözləyirik!
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi