Eldar Həsənovun qohumunun obyektini sökmək istəyirlər - ÖZƏL

img

06-05-2014 [12:09]



 Bir neçə il əvvəl paytaxtın Nizami rayonunun ərazisində yerləşən «Neolit» şadlıq evindəki atışma olayından sonra bir sıra problemlərlə üzləşən Azərbaycan Respublikasının Rumıniyadakı Fövqəladə və Səlahiyyətli səfiri Eldar Həsənovun yaxın qohumu Yaşar Məlikov hazırda daha ciddi problemlə qarşılaşıb.

 Mia.az-a daxil olan məlumata görə, "Azərsu” ASC Yaşar Məlikovun sahibi olduğu və hektarlarla ərazisi olan "Neolit” şadlıq evini sökmək istəyir. Səbəb isə həmin şadlıq evi və həyətyanı sahəsi olan restoranın ASC-nin balansındakı iri diametrli su borusu xəttinin üzərində tikilməsidir: "Şadlıq evi 500 mm-lik borunun üzərində tikilib. ASC məhz buna görə Nizami rayonunda nəzərdə tutulan yenidənqurma işlərini apara bilmir. Ona görə də, Yaşar Məlikovun obyektinin sökülməsi gündəmdədir”.

 Məlumatı Mia.az-a verən mənbə iddia edir ki, Yaşar Məlikov bu söküntünün qarşısını almaq üçün çox çalışır: "O, bütün əlaqə və imkanlarından yararlanaraq, ASC-nin planını əngəlləməyə çalışır. Deyə bilərəm ki, o, qismn istəyinə nail də olub. Məsələ "Azərsu"yun rəhbəri Qorxmaz Hüseynova qədər məruzə edilib. ASC sədri də hələlik açıqlamaq istəmədiyim bir məsələ üzündən söküntünü "dondurub”. Amma gec-tez bunun olacağı qaçılmazdır”.

 Məsələ ilə bağlı Yaşar Məlikova zəng etsək də, telefonu qapalı oldu. ASC-nin Nizami Su-Kanal İdarəsindən isə bu barədə suallarımıza cavab verən səlahiyyətli tapılmadı.

 Sonda onu da qeyd edek ki, Yaşar Məlikovun dayısı oğlu Qabil Hüseynov Eldar Həsənovun qızının həyat yoldaşıdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA