Şirvan şəhərində yeni işıqlandırma sistemlərinin quraşdırılması işləri sürətlə davam etdirilir - FOTOLAR
15-02-2023 [19:09]
Prezident İlham Əliyevin tapşırığına əsasən rayon və şəhərlərdə müasir standartlara cavab verən yeni işıqlandırma sistemlərinin quraşdırılması istiqamətində mühüm layihələr həyata keçirilir.
Mia.az xəbər verir ki, Şirvan Şəhər İcra Hakimiyyəti, “Bakı Abadlıq Xidməti” MMC və “The Company Signfy Poland” şirkəti tərəfindən imzalanmış 26 may 2021-ci il tarixli müqaviləyə əsasən Şirvan şəhərinin küçə və yollarında “Bakı Abadlıq Xidməti” MMC tərəfindən müasir standartlara cavab verən yeni işıqlandırma sistemlərinin quraşdırılması işlərinə başlanılmış, şəhərin 112 küçəsində ümumilikdə 115535 metr işıq xətti çəkilmiş, 3643 işıq dirəyi və 5034 işıq nöqtəsi quraşdırılıb.
Hazırda işlər mərhələli şəkildə davam etdirilir.
1-ci Qarabağ müharibəsi, 2016-cı il aprel döyüşləri və Vətən müharibəsi zamanı şəhid olmuş Fuad Bağırov, Elçin Əliyev, Amal Alişanlı, Xəqani Məmmədov, Elnur Qarayev, Əli Mənəfli, Süleyman Bağırov, Şəhriyar İsmayılzadə, Ramil Əliyev, Yusif Cəfərov, Kamran Fərəcov, Röyal Məmmədov, Zeynal Zülfüqarlı, Namiq Xəlilov, Elvin Şıxəliyev, Emil Hümbətov, Bəxtiyar İslamov, Nicat Hüseynov, Cavid Məmmədli, Həsən Həsənov, Asif Qəribov, Abdulla Zeynalov, Rahil Ərəbli və Raqub Orucovun ailələrinin yaşadıqları və Şəhidlərin adlarına verilmiş küçələrdə yeni işıqlandırma sistemlərinin quraşdırılması işləri artıq başa çatdırılıb.
Həmçinin “Şəhidlər Xiyabanı”nda 10 ədəd yeni işıq dirəyi quraşdırılmış, 675 metr yeni yeraltı elektrik xətti çəkilmiş və mövcud işıq dirəklərində 60 ədəd Led lampa yenisi ilə əvəz olunmuşdur. “Bayraq meydanı”nda işıq dirəklərinin yenilənməsi işləri tamamlanmış, 12 ədəd yararsız işıq dirəkləri yeni işıq dirəkləri ilə əvəzlənmiş, 248 metr yeraltı elektrik xətti çəkilmişdir. Eyni zamanda şəhər İcra Hakimiyyəti tərəfindən “Heydər Əliyev parkı”nda, Məhəmməd Əmin Rəsulzadə və İstiqlaliyyət prospektlərindəki xiyabanlarda işıqlandırma şəbəkəsinin dayanıqlığının təmin edilməsi məqsədilə 1679 metr qazıntı işləri aparılmış, mövcud işıq dirəklərinə 2377 metr yeni yeraltı elektrik xətti çəkilmiş, 120 ədəd yeni 100 w enerjiyə qənaətli Led plafon quraşdırılıb.
Hazırda “Heydər Əliyev parkı”nda işlər sürətlə davam etdirilir. Şəhər ərazisində Qarabağ müharibəsi əlilləri və iştirakçılarının, əhalinin sıx yaşadığı və işıqlandırılmasına ehtiyac olan küçələrdə, abad məhəllələrdə yeni işıqlanma şəbəkəsinin qurulması ilə bağlı Şirvan şəhərində yeni işıq nöqtələrinin sayının artırılması məqsədilə aidiyyəti dövlət qurumlarına müraciət ünvanlanıb.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi