Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq

img

06-05-2014 [11:30]


 Bu gün bəzi rayonlarda mavi qazın verilməsində fasilələr olacaq.

Bu barədə Mia.az-a "Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, qaz ölçü qovşaqlarında daraldıcı qurğuların sərfiyyata uyğun yeniləri ilə əvəzlənməsi ilə əlaqədar bu gün saat 18:00-dək İsmayıllı və Şəmkir rayonlarının bir hissəsinə, saat 13:00-dan 15:00-dək Samux rayonunun bir hissəsinə, saat 16:00-dan 18:00-dək isə Göygöl rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq. 

   

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA