Şirvan Şəhər İcra Hakimiyyətində ictimai-siyasi və humanitar sahədə həyata keçirilən işlər müzakirə olunub - FOTOLAR
14-02-2023 [20:38]
Bu gün Şirvan Şəhər İcra Hakimiyyətində növbəti aparat müşavirəsi keçirilib.
Mia.az xəbər verir ki, müşavirədə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şəhər İcra Hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri, məsul əməkdaşları, xidmət təşkilatlarının rəhbərləri və icra nümayəndələri iştirak edib.
Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov müşavirəni giriş sözü ilə açaraq, Şirvan şəhərində son zamanlarda aparılan abadlıq-quruculuq işlərindən, yeni infrastruktur layihələrinin icrasından, qarşıda duran vəzifələrdən danışıb.
Dövlət başçısı tərəfindən 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev ili” elan olunması ilə əlaqədar şəhər ərazisində həyata keçiriləcək tədbirlər barədə tapşırıq və tövsiyələrini verib. Yeni mövsümün gəlişinə hazırlıqla bağlı parklarda, xiyabanlarda, məhəllələrdə aparılan təmizlik, səliqə-sahman, təmir-bərpa işlərinin əhali tərəfindən müsbət qiymətləndirildiyini bildirib və bundan sonra da davam etdiriləcəyini qeyd edib.
Sonra ötən aparat müşavirəsində verilən tapşırıqların icrası istiqamətində görülmüş işlər barədə Şəhər İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Fərzəliyeva məlumat verib. Şöbənin öz fəaliyyətini Azərbaycan Respunlikasının Qanunları, Dövlət başçısının Fərman və Sərəncamları, İcra Hakimiyyəti haqqında Əsasnamənin müddəaları, Tədbirlər Planı və Şirvan Şəhər İcra Hakimiyyəti başçısının verdiyi tapşırıq və tövsiyələr əsasında qurduğunu, hər 6 aydan bir ictimai-siyasi vəziyyətlə bağlı geniş arayışın hazırlanıb təqdim edildiyini bildirib.
Şirvan şəhərinin Türkiyə Respublikasının Etimesgut, Manisa bələdiyyələri ilə qardaşlaşdığını, Şirvan Şəhər Bələdiyyəsi və Şəhər İcra Hakimiyyətinin mədəniyyət və incəsənət nümayəndələrindən ibarət qrupun ötən ilin yay aylarında Türkiyə Respublikasının Ankara şəhərinin Etimesgut bələdiyyəsinə səfər etdiyini qeyd edib. Şəhərdə keçirilən ictimai-siyasi, mədəni-kütləvi tədbirlərlə yanaşı son illərdə şəhər ərazisində aparılan genişmiqyaslı abadlıq-qururculuq işlərinin, keçirilən səyyar qəbul-görüşlərin və əldə olunan digər uğurların dövrü mətbuatda, kütləvi informasiya vasitələrində, o cümlədən sosial şəbəkələrdə faktlar əsasında geniş işıqlandırılmasının, əhalinin məlumatlandırılması işinin yüksək səviyyədə təşkil edildiyini vurğulayıb.
2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi və Ulu öndərin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar Şəhər İcra Hakimiyyəti tərəfindən geniş Tədbirlər Planının hazırlandığını, Plana uyğun olaraq Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilən silsilə tədbirlərin keçirilməsi istiqamətində zəruri təşkilatı işlərin görüldüyünü qeyd edib.
“Heydər Əliyev İli” ilə bağlı yerli idarə, müəssisə və təşkilatlarda müxtəlif tədbirlərin, müsabiqələrin, sərgilərin, konsert proqramlarının və idman yarışlarının, dəyirmi masa və seminarların keçirilməsi, Şəhər ərazisində quraşdırılmış poster və banerlərin yenilənməsi, monitorlarda Ulu öndər Heydər Əliyevdən bəhs edən videoçarxların nümayiş üçün hazırlandığını diqqətə çatdırıb. Şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda “Heydər Əliyev İli”nə həsr edilmiş bədii tərtibat işlərinə, şüar və plakatların yenilənməsinə, Ulu öndər Heydər Əliyevin adını daşıyan meydanda və Heydər Əliyev adına parkda əsaslı təmir işlərinin aparılmasına başladığını vurğulayıb. Verilən tapşırıqların diqqətdə saxlanıldığını və aidiyyəti təşkilatlarla birlikdə müvafiq tədbirlərin görüldüyünü bildirib. Sonra hesabat ətrafında geniş müzakirələr aparılıb, aidiyyəti idarə və müəssisələrin rəhbərləri çıxış edərək görülən işlər və çətinliklər barədə məlumat veriblər.
Aparat müşavirəsinin sonunda Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov nöqsanların aradan qaldırılması və nəzərdə tutulan məsələlərin həlli ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi