YAP funksioneri: "Qardaş Türkiyənin sevinci də, kədəri də bizimdir"
14-02-2023 [19:23]
"Fevralın 6-da qardaş Türkiyənin tarixində ən faciəli zəlzələ baş verdi. 10 vilayətdə baş verən zəlzələlər nəticəsində on minlərlə insan həyatını itirdi, yaralandı və dağıntılar altında qaldı. Bu dəhşətli hadisəyə ilk səs verən, qardaş ölkənin dərdinə şərik olan Azərbaycan oldu. Bu sarsıdıcı xəbər Azərbaycan xalqını kədərə bürüdü. Dövlət başçısı İlham Əliyev dərhal Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək qardaş ölkədə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbərin Azərbaycan xalqını çox sarsıtdığını və kədərləndirdiyini bildirdi. Dəhşətli zəlzələnin baş verməsindən dərhal sonra Prezident İlham Əliyevin göstərişinə uyğun olaraq bütün strukturlar səfərbər edildi. Qardaş ölkəyə yola düşən 1000 nəfərə yaxın xilasedici qrup bu günədək dağıntılar altında qalan insanların xilası üçün böyük fədakarlıq göstərir. Zəlzələnin baş verməsindən ötən günlər ərzində ölkəmizdən zəlzələ zonasına davamlı olaraq xilasedicilər, həkimlər, könüllülər göndərilir. Eyni zamanda, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə böyük yardımlar göstərilir. Azərbaycan bu dəstəyi ilə bir daha qardaşlığın nümunəsini nümayiş etdirir. Bu qardaşlıq təkcə bu günlə bağlı deyil, tarixin bütün sınaqlarından şərəflə çıxıb, illər keçdikcə daha da möhkəmlənib, ən yüksək, daim nümunə olan bir səviyyəyə yüksəlib. Dünya bu dostluğun, qardaşlığın, birliyin, həmrəyliyin çox da uzaq olmayan tarixdə - 44 günlük İkinci Qarabağ müharibəsində şahidi olmuşdu. Azərbaycan tək olmadığını, sonadək Türkiyənin mənəvi və siyasi dəstəyi ilə əhatə olunduğunu gördü və bundan böyük güc aldı. Bu qardaşlıq sarsılmazdır".
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə Mia.az-a açıqlamasında deyib.
O bildirib ki, bu gün Azərbaycan xalqı qardaş ölkəyə dəstəyi ilə bir daha göstərdi ki, xalqlarımız arasında yalnız dövlət başçıları səviyyəsində deyil, sadə vətəndaşlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur: "Dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarını ən yüksək səviyyədə cavablandıran Azərbaycan xalqı bütün imkanlarını səfərbər edib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar, eyni zamanda, 10 fevralda zəlzələdən zərər çəkənlərə humanitar yardımla bağlı rəsmi instaqram səhifəsində paylaşımı xalqımıza birlik, həmrəylik çağırışı oldu. Mehriban xanım Əliyeva daim bu fikri böyük əminliklə və qürur hissi ilə qeyd edir ki, müdrik xalqımızın ən gözəl xüsusiyyətləri – ruh yüksəkliyi və mərdlik, mərhəmət və şəfqət, inam və məhəbbət sayəsində hər bir çağırışın öhdəsindən yüksək səviyyədə gəlirik".
YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın göstərişinə əsasən, faciədən zərər çəkmiş şəxslər üçün Fond tərəfindən 36 ton humanitar yardım göndərilib. Humanitar yardıma müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər, çadırlar daxildir. Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən də qardaş ölkəyə humanitar yardım kampaniyası həyata keçirilir: "Heydər Əliyev Fondunun fəaliyyəti insanlara mərhəmət, xeyirxahlıq kimi ali dəyərlər üzərində qurulub. Mehriban xanım Əliyevanın qeyd edilən paylaşımında əksini tapan fikirlər özündə bütün çağırışları ehtiva edir. Bu məqamı da xüsusi qeyd etmək istərdim ki, zəlzələ bölgəsinə səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın göstərişi əsasında qardaş ölkəyə humanitar yardım aparan Fond əməkdaşları ilə görüşdü. Türkiyə Prezidentinin Azərbaycan dövləti və xalqının Türkiyədəki faciənin nəticələrinin tez bir zamanda aradan qaldırılması ilə bağlı səfərbər olmasına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü bildirməsi bu dəstəyin qardaş ölkədə necə yüksək dəyərləndirildiyini bir daha nümayiş etdirdi".
YAP Xətai rayon təşkilatının sədri bildirib ki, Mehriban xanım Əliyeva paylaşımında Azərbaycan dövlətinin, xalqının dəstəyində payı olan hər kəsə - axtarış-xilasetmə işlərinə cəlb olunmuş əməkdaşlara, insanlara tibbi yardım göstərən səhiyyə işçilərinə, diplomatik xidmət nümayəndələrinə, KİV təmsilçilərinə təşəkkür etməsi, hər kəsin əməyini yüksək dəyərləndirməsi onun insansevərliyinin, dövlətinə, xalqına bağlılığının təsdiqidir: "Bu bağlılıq, sevgi Azərbaycana qardaş olan hər bir ölkəyə, xalqa münasibətdə də özünün aydın ifadəsini tapır. Heydər Əliyev Fondunun mərhəmətdən, xeyirxahlıqdan, xeyriyyəçilikdən irəli gələn addımlarının, həyata keçirdiyi layihələrin sayı ölçüyəgəlməzdir. Mehriban xanım Əliyeva rəsmi instaqram səhifəsindəki paylaşımında bu fikri xüsusi qeyd edir ki, hər zaman birlik və həmrəylik nümayiş etdirərək bir-birinə kömək etməyə hazır olmaq, əl-ələ verərək çətinliklərdən və sınaqlardan birlikdə üzüağ çıxmaq Azərbaycan xalqının ən gözəl xüsusiyyətlərindən biridir. Azərbaycanın qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələnin ilk saatlarından Türkiyə xalqına göstərdiyi dəstək xalqlarımız arasında qardaşlıq, dostluq münasibətlərinin, qarşılıqlı sevginin sarsılmazlığının, möhkəmliyinin, əbədiliyinin növbəti əyani sübutudur. Türkiyə xalqının yanında olmağa çalışan hər kəsə minnətdarlığını ifadə edən Mehriban xanım Əliyeva “Azərbaycanlı olduğuma görə çox qürurluyam!” söyləməklə bir daha xalqımıza xas olan dəyərlərin təqdimatına verdiyi töhfələrin böyüklüyünü nümayiş etdirir. Azərbaycan və Türkiyə bir millət, iki dövlət olaraq hər zaman bir yerdədir. Azərbaycanın sevincini öz sevinci, kədərini öz kədəri kimi qəbul edən qardaş Türkiyənin sevinci də, kədəri də bizimdir".
Vüqar Rəhimzadə bu ümumiləşdirməni aparıb ki, Heydər Əliyev Fondu bir daha özünün mərhəmət, xeyirxahlıq nümunəsini ortaya qoydu: "Bu nümunə hər birimizin yardım kampaniyasında fəal iştirakımızda, dəstəyimizdə öz sözünü deyir. Xalqımız qardaş ölkənin gücü, qüdrəti ilə qürur duyur. Əmindir ki, bu dağıdıcı zəlzələ qardaş türk xalqını sarsıda bilməyəcək, Türkiyə dövlətinin iradəsinə təsir etmək gücündə olmayacaq. Türkiyə dövləti güclüdür və bu güc, bu qüdrət təbii fəlakətin nəticələrinin aradan qaldırılmasında da özünü göstərir. Heç şübhə yoxdur ki, qardaş ölkə bu acı sınaqdan da şərəflə çıxacaq".
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi