İş adamının oğlu Qənirə Ataşovaya hücum etdi

img

06-05-2014 [11:29]


ANS telekanalının əməkdaşı, tanınmış teleaparıcı Qənirə Ataşova avtoxuliqanların təzyiqinə məruz qalıb. MIA AzNews.az-a istinadən xəbər verir ki, bir neçə gün öncə tanınmış teleaparıcı Sumqayıt şəhəri ərazisində şəxsi avtomobilini idarə edərkən avtoxuliqanlar ona "hücum” ediblər. 


Məlumata görə, avtoxuliqanlardan biri tanınmış iş adamlarından birinin oğludur və ANS rəhbərliyinin ciddi təzyiqlərindən sonra o, hüquq-mühafizə orqanları tərəfindən cəzalandırılıb.

Qənirə Ataşova hadisəni saytımıza təsdiqləyib: "Bəli, Sumqayıtda avtoxuliqanların hücumuna məruz qaldım. Maşınımı sıxışdırdılar. Bu vaxt ərazidəki polislər onları saxlayıb tədbir görülməsi üçün aidiyyatı polis bölməsinə apardılar. Fakt hüquq-mühafizə orqanları tərəfindən araşdırılır”. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA