«Azəriqaz» Qarabağ əlillərini ayağa qaldırdı

img

06-05-2014 [10:32]


Mia.az-a Prezident İlham Əliyevə, baş nazir Artur Rəsizadəyə, ARDNŞ rəhbəri Rövnəq Abdullayevə " Azəriqaz " İstehsalat Birliyinin sədri Əkbər Hacıyevə ünvanlanmış müraciətin bir surəti daxil olub.

 Müraciəti imzalayn Qarabağ müharibəsi əlilləri Adil Əhməd oglu Süleymanov, Əhməd Fazil oglu Rəhmanov İmran Əlirzayev üzləşdikləri təzyiqlərdən şikayətlənirlər.

 «Azəriqaz»ın Bakı şəhəri, Nəsimi rayonu Qaz İstismar Sahəsində işlədiklərini yazan Qarabağ müharibəsi əlilləri yazırlar ki, son iki ildə işlədiyi müəssisədə əlillərə qarşı kampaniya aparılır: «Belə ki, son 2 ildə idarədə işləyən 3 Qarabağ müharibəsi əlili dəfələrlə yerli-yersiz tibbi müayinələrə göndərilir. Maraqlı burasıdır ki, hər dəfə həkim komissiyalarının müsbət rəylərinə baxmayaraq, təzyiqlərə ara verilmir. Tam əksinə, daha da güclənir. İş o yerə çatıb ki, son 3 ayda idarədə işləyən əlillər iməciliklərə və 2 dəfə attestasiyaya cəlb olunublar. Bu isə Əmək Məcəlləsinin 66- və 17-ci maddələrinin, eyni zamanda, «Əlillərin sosial müdafisəsi haqqında» qanunun 18-ci maddəsinin kobud pozulması deməkdir».

 Qarabağ əlilləri bildirir ki, sadaladıqlarından əlavə, son vaxtlar "Azəriqazda gedən struktur dəyişikləriylə baglı əlillər yenə də təzyiqlə üzləşiblər: «Artıq bu dəfə əlillər "Azəriqaz»ın 17 mart 2014- il 192 saylı əmrinə əsasən, ixtisara duşdükləri barədə bildiriş alıblar. Bu isə Əmək Məcəlləsinin 63 və 78-ci maddələrinin ayaylar altına atılması deməkdir. Əgər bunların üstünə son 15 ildə idarədə normal gigeynik şəraitin olmamasını da (yəni bu günə kimi normal yuyunmaq ucun şəraitin olmamasi) gəlsək, o zaman işçilərin idarədə hansı dözülməz şəraitdə işlədikləri aydın olar».

 Sonda əlillər huquqlarının qorunmasını xahiş ediblər: «Bizim qanuni hüquqlarımızın qorunması üçün yaxından köməklik göstərməyinizi xahiş edirik».


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA