Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
13-02-2023 [00:03]
Qoç - emosional fon stabil deyil. Xırda və kiçik məsələlərə görə əhvalınızı pozmayın. Qətiyyətli və inadkar olsanız, yaxşı nəticələrə nail ola bilərsiniz. Maraqlı işgüzar təkliflər alacaqsınız. İşdə rəhbərlik ideyalarınızla maraqlanacaq.
Yaxınlarınızla münasibətlərdə gərginlik yarana bilər. Sizi yaxşı anlamırlar. Siz isə izahatlara simiclik edirsiniz. Alış-veriş üçün əlverişli gün deyil. Nəzərdə tutmadığınız əşyaları almayın. Belədə pullar boşuna xərclənəcək.
Buğa - hər şey istədiyiniz kimi olmayacaq. Əsla gözləmədiyiniz məqamda və məkanda çətinliklər yarana bilər. Qəfil, ciddi maliyyə itkiləri ola bilər. İtirilən pulların bir qismini sonradan geri qaytarmaq mümkün olsa da, proses böyük səy tələb edir. İşdə rəhbərliklə fikir ayrılıqlları istisna deyil. İş yerini dəyişməyə zərurətin yaranması istisna deyil.
Günün ikinci yarısının emosional fonu yaxşı deyil. Sinirli və qıcıqlı olmayın. Ətrafınızdakı insanlar sizdən uzaqlaşmağa çalışa bilərlər. Amma sizi sevən insan çox səbrli olacaq və sonucda əhvalınızı yaxşılaşdıracaq.
Əkizlər - eksperimentlərə qatılmayın. Sınanmış, etibarlı vasitələrdən yararlanın. Bir qədər əvvəl başladığınız işləri başa vurun. Yeni işlərə başlamağa tələsməyin, əks təqdirdə qarışıqlıq və geriləmə ola bilər. Dostlarla münasibətilərdə fikir ayrılığı yaranacaq. Mübahisəni ciddi münaqişəyə çatdırmayın.
Şəxsi münasibətlərdə pərişan ola bilərsiniz. Romantik təmaslar istədiyiniz kimi alınmır. Sevdiyiniz insanla təmaslardakı ciddi problemi duyandan sonra məruz qaldığınız hisslərin məzmununu anlayacaqsınız.
Xərçəng - iş nə qədər sizə çətin gəlsə də, əhəmiyyətli irəliləyişə nail ola bilərsiniz. İnadkar, qətiyətli olun. Planlarınızı həyata keçirmək üçün əzmlə çalışın. Sonucda istəyinizə çata bilərsiniz. Bilik və bacarıqların artırılması üçün əlverişli gündür. Aldığınız informasiyaların dərhal karınıza gələcəyini xəyal etməyin.
Günün ikinci yarısında planlaşdırılmamış vizit ola bilər. Qonaqların gəlişinə sevinsəniz də, onlarla ünsiyyət sizi tez yoracaq. Axşam saatları gəzinti və kiçik səfərlər, habelə romantik ünsiyyət üçün sərfəlidir.
Şir - çox maraqlı, hadisələrlə zəngin gündür. Olaylar fərqli, müsbət və mənfidir. Problem ondadır ki, yaranan imkanlara əksər hallarda düzgün reaksiya vermirsiniz. Peşə fəaliyyəti ilə bağlı çətinliklərinizi çözmək, karyera müstəvisində irəliləmək şansını dəyərləndirin. Nüfuzlu insanlarla münasibətlərdə gərginlik yaratmayın. Bəzi qərar, söz və addımlarınız aqressiv təsir bağışlaya bilər.
Yaranan ideyalara ciddi yanaşın. Bir qədər sonra onların bəzilərini reallaşdıra biləcəksiniz. Qarşınızda yeni imkanlar yaranır.
Bacarıq və potensialınıza inanın. Belə olarsa, ətrafınızdakı insanlar da sizə inanacaqlar.
Qız - kiçik çətinliklər və anlaşılmazlıqlara rəğmən işlərin öhdəsindən əla gəlməyə çalışın. Qərarlarınız müdrik olsun. Tələskənliyə yol verməyin, amma geridə də qalmayın, ətalətli və süst olmayın. Məntiqlə davranın, yolunuzdan sapmayın.
Öz işlərinizi həll etmək əvəzinə bütün vaxtınızı başqalarının problemlərinin çözülməsinə həsr etməyin. Yeni sahədə, işdə fəaliyyətə başlamaq üçün əlverişli gündür. Yeni müttəfiqlər və tərəfdaşlar qazanacaqsınız.
Yaxınlarla ünsiyyət, birgə istirahət, səfər və ya gəzinti üçün əlverişli zamandır. Axşam saatlarında darıxmayacaqsınız.
Alış-veriş edə bilərsiniz.
Tərəzi - çətin, qarışıq, təbəddülatlı gündür. Bütün işlər planlaşdırdığınız kimi alınmır. Özünüzdən savayı kimsəni suçlamayın. Başqalarının münaqişələrinə qatılmayın. Sülhməramlı cəhdləriniz uğursuzluğa düçar olacaq. Bir zamanlar sizə yardım edən, dəstək verən insanlar indi sizi manipulyasiya qurbanı etməyə can atırlar. Onlar böyük qurbanlar tələb edirlər.
Sərt, dönməz olun. Yalnız belə olan təqdirdə maraqlarınızı qoruyaraq hifz edə bilərsiniz.
Mənfi təmayüllərin təsirlərinə rəğmən özünüz və yaxınlarınız üçün xeyli iş görə bilərsiniz. Əsas məsələ sürətlə dəyişən situasiyaya tez uyğunlaşmaq, ətrafınızdakı insanlar qarşısında ağır şərtlər qoymamaqdır.
Başqalarının nöqsanlarına və zəifliklərinə dözümlü olun.
Əqrəb - gün asan və sadədir. Bir sıra işlərdə uğur qazana bilərsiniz. Başlamalı olduğunuz işi intuitiv hiss edin. Təxirə salmaq və ya başqasına tapşırılması gərəkən işi müyyənləşdirin, vaxt və imkanlarınıza qənaət edin. Nikbin olun. İndiyədək sizdən uzaq durmağa çalışan insanlar sizə can atırlar. Kommersiya fəaliyyəti, anlaşma və sövdələşmələr üçün əlverişli gündür.
Günün ikinci yarısı o qədər də uğurlu deyil. Mənfi təmayüllərin təsiri güclənir, işdə fasilələr və gecikmələr yaranır. Kiçik anlaşılmazlıqların ciddi problemlərə çevrilərək münaqişə ərəfəsi olmasına imkan verməyin.
Artıq heç nə deməyin.
Oxatan - ciddi və önəmli işə başlasanız, uğur əldə edəcəksiniz. Orijinal qərarlar qəbul edin. Mürəkkəb situasiyada qeyri-standard davranmaqla ətrafınızdakı insanları təəccübləndirə bilərsiniz.
Lider məziyyətlərinizi nümayiş etdirsəniz, yeni müttəfiq və ya tərəfdaş tapa bilərsiniz.
Bilik və bacarıqlarınızı, qabiliyyətinizi göstərmək üçün əlverişli zamandır. İdeyalarınızı bölüşəndə onları dəstəkləyən olacaq. Romantik təmaslar ola bilər.
Dostların yardım və dəstəyinə bel bağlamaq olar.
Oğlaq - rutin, yeknəsək gündür. Tərəfdaş və ya müttəfiq sizə birləşən kimi irəliləyə biləcəksiniz. Birgə layihəyə başlamaq üçün bundan yaxşı gün çətin ki, tapılsın. Planlaşdırılmamış vizitlər ola bilər. Qonaqlara sevinəcəksiniz.
Dəvət aldığınız toplantıya, çağırıldığınız məclisə gedin. Yanınızdakı şəxslərin sizə rəğbəti var.
Yeni tanışlıqlar olacaq. Lakin belə tanışlıqların sizdə ciddi maraq yaratması çətin məsələdir.
Dolça - rəsmi olmayan şəraitdə ünsiyyət üçün əla gündür. Köhnə dostlarla görüşdən həzz alacaq, yeni tanışlıqlar əldə edəcəksiniz. Orijinal qərarlar qəbul edərək ekstravaqantlığınızla ətrafdakıları heyrətləndirə bilərsiniz. Məqsədə çatmaq üçün qeyri-standart davranmaq olar.
Qonaq qəbul etmək və ya qonaq getmək üçün yaxşı gündür. Peşəkar fəaliyyətinizdə sizə yardım edə biləcək insanlarla ünsiyyətdə aktiv olun.
Axşam saatlarında aktiv istirahəti seçin.
Balıqlar - sadə olmayan gündür. Yolunuzda çoxsaylı sədlər və maneələr yaranır. Onları dəf etməyin mümkünsüz olduğunu düşünməyin. Çətinliklər az deyil, amma nikbin olun. Ən mürəkkəb anda yanınızda sizə mənəvi dəstək verməklə yanaşı, real kömək edəcək insanı görəcəksiniz. Köhnə dostlar və sadiq işgüzar tərəfdaşlarla görüş üçün münasib gündür.
Ailə üzvləri ilə münasibətlərdə gərginlik yaratmayın. Sevdiyiniz insanla təmaslarda diqqətli və həssas olun. İstək və arzularınızın köləsinə çevrilməyin. Ani həzz hissi verəcək əyləncəyə pul xərcləməyin.
Milli.Az
"Vergi də bir sevgidi, vaxtında bəyan etmək lazımdı" - Mühasiblər və vergi mütəxəssisləri bir araya gəldi (VİDEO, FOTOLAR)
İllər ötdü, Ziya Məmmədov dəyişmədi - Sabiq nazir toyda + FOTO
"Kirayə gəlirləri ilə bağlı yanlış təsəvvür yaranıb" - Vergi Xidmətinin baş idarə rəisi son dəyişikliklərə şərh verib
Sabah yağış yağacaq
Xəzər dənizində zəlzələ olub
Vanda güclü zəlzələ olub
Prezident İlham Əliyevdən İrana iki dildə mesaj: "Dost və qardaş xalqlarımız əsrlər boyu bir-birinə dayaq olub və..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ-ın məşhur nəşri yazır: “İran Pakistan vasitəsiylə Amerika ilə danışıqdan imtina edib” – Daha 3 ölkənin səyləri də nəticə vermir
Türkiyə-Azərbaycan Universitetinin rektoru: "Biz hər bir tələbə üzərində xüsusi həssaslıqla işləyirik" - MÜSAHİBƏ
Nadir şah Əfşardan yadigar qalan "Zindan"... - Deputatın oğlu bu nazirliyin də tenderini qazandı
"Haqqımız, uşaqların alın təri Əliyarın haramı olsun" - “Turan Tovuz”un prezidenti əsəbləşdi (VİDEO)
"Sosial şəbəkələrdə niyə təhqir olunmalıyam? - Elnarə Abdullayeva polisə şikayət edib
İran səmasında Çin istehsalı PUA vuruldu – Rəsmi Tehran iki müsəlman ölkəsindən izahat istədi
Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən “Zəfər Yolu” layihəsinin təqdimatı keçirilib - FOTOLAR
Güləş Federasiyasında qalmaqal - iki nəfər istefaya göndərildi
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı 12 milyon manatlıq qalmaqal - Taleh Heydərov şirkət rəhbəri ilə məhkəmədə razılaşıb? (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Əli Nağıyev: "Azərbaycan əleyhinə yönələn kəşfiyyat-pozuculuq və..." - DTX-də tədbir keçirilib (VİDEO)
PREZİDENT BU ŞƏXSLƏRİ TƏLTİF ETDİ - Sərəncam + SİYAHI
Sabahdan yağış güclənəcək - Xəbərdarlıq
Əli Kərimlinin mühafizəçisinə hökm oxundu - Məhkəmə prosesi
GÜLMƏŞƏKƏR - Kəbutər Hakverdinin hekayəsi
Yaşayış sahəsindən istifadə və... - Ali Məhkəmədən əmlakın dövlət reyestrində qeydiyyatı ilə bağlı MÜHİM İZAHAT
"e-Sosial" tətbiqi fəaliyyətini tam olaraq dayandıracaq
Makron ABŞ və Çinə "sataşdı": “Məqsədimiz iki dominant gücün vəssal dövlətləri olmamaqdır”
Bəs FİF nə oldu, AFFA? - AFFA yığışdı, amma... - Rövşən Nəcəf Mia.az-ın suallarını cavablandırıb
Bəhreyn İranın hücumu ilə bağlı son məlumatı açıqlayıb
DÇ-2026: FİFA 727 milyon dollar mükafat fondu ayırdı
İran ordusu quru əməliyyatına hazırlaşıb: “Gözləyirik, sizə elə dərs verəcəyik ki..." - Amerika əsgərlərinə fəlakət yaşadacağıq”
Sabah hava necə olacaq? - Proqnoz
Nazirlikdə dəyişiklik - Media və kommunikasiya şöbəsi ləğv edildi, yeni sektor yaradıldı (Yenilənib)
AFFA hesabat verib - VİDEO (YENİLƏNİB)
"Bu, ədalətdir, bu, insan ləyaqətidir" - Hikmət Hacıyev
Nizami Kino Mərkəzinin binasına zərər vuranlar saxlanıldı - Açıqlama + FOTO (YENİLƏNİB)
İran ABŞ-ın daha bir bazasını vurdu: "Mühəndis və pilotlar..."