Şirvanda “Gənclərin sağlam yaşamı” layihəsi çərçivəsində təlim keçirilib

img

05-05-2014 [21:22]



Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Şirvan şəhərində "Gənclərin sağlam yaşamı” layihəsi çərçivəsində təlim keçirilib. Təlimdə Şirvan şəhərindən 60 nəfər gənc iştirak edib. Layihənin rəhbəri Ruhlan Mehbalıyev çıxış edərək bildirib ki, layihənin başlıca məqsədi regionlarda yaşayan gəncləri mövzu üzrə maarifləndirməklə zərərli vərdiş istifadəçilərinin sayının azaldılmasıdır. R. Mehbalıyev qeyd edib ki, layihə çərçivəsində artıq Masallı və Hacıqabul rayonlarında gənclərə təlim keçirilib. Layihədə ümumilikdə 180 nəfər region gənci mövzu üzrə maarifləndirilmişdir. Şirvan şəhər Gənclər və İdman İdarəsinin rəisi Azər Quliyev çıxış edərək dövlətin gənclərə qayğısından , maarifləndirmə tədbirlərindən və bu tipli layihələrin əhəmiyyətindən geniş məlumat verib.

Layihənin təlimçisi UNİCEF-in "Sağlam həyat tərzi” mövzusunda təlimçi Əligül Ağayev gənclərə alkoqolizm, narkomaniya, siqaret və s. kimi zərərli vərdişlərin yaradacağı fəsadlar barədə geniş məlumat verib, yaranan psixoloji və fiziki asılılıq aspektlərindən söz açıb. Qeyri-formal təhsil metodundan istifadə edərək interaktiv oyunlar keçirilib, mövzuya uyğun hazırlanmış maarifləndirmə materialları iştirakçılara paylanılıb. Təlim zamanı aparılan müzakirələr zamanı, gənclərin və yeniyetmələrin özlərini təsdiqetmə vasitələri olaraq zərərli vərdişlərdən istifadə edilməsi, özlərini daha "müstəqil” və "sərbəst” fikirli olduqlarını düşünməsi ortaya çıxan fəsadlar kimi müəyyən olunub.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA