05-05-2014 [20:47]
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, müəyyən yaşayış yeri olmayan şəxslərə sosial xidmət göstərəcək.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara sosial-psixoloji və sosial-pedaqoji xidmətlər göstərilməklə yanaşı, onlara sosial xidmət müddətində diyetik yeməklər də daxil olmaqla, isti yeməklər veriləcək. Onların yaşayış sahəsi təmizlənəcək, onlar yumşaq inventarlarla (paltar, ayaqqabı, yataq əşyaları və s.) təmin ediləcəklər. İnsan alveri qurbanları, məişət zorakılığından zərərçəkənlər üçün sosial-psixoloji xidmətlərin göstərilməsi, o cümlədən onların peşə hazırlığının, yenidən hazırlığının və məşğulluğunun təmin edilməsinə köməklik göstərilməsi, narkomaniya və digər amillərlə bağlı psixoloji zədələrini aradan qaldırmaq üçün psixososial dəstək, məsləhət yardımı və s. nəzərdə tutulub. Onlar üçün sosial-hüquqi xidmətlər (maraq və hüquqlarının müdafiəsi üçün hüquqi məsləhətlərin verilməsi, sənədlərin bərpası, boşanma, alimentin alınması, uşaqlarla bağlı və digər sənədlərin hazırlanmasına köməklik göstərilməsi) də təşkil olunacaq.
Müəyyən yaşayış yeri olmayan şəxslər də sosial xidmət müddəti ərzində diyetik yeməklər də daxil olmaqla, isti yeməklərlə, müvafiq yataq mebeli, yataq dəsti, paltar və ayaqqabı ilə təmin ediləcəklər. Yataq və geyim əşyalarının yuyulması, ütülənməsi təşkil olunmaqla, onlar tibbi müayinədən də keçiriləcəklər. İctimai təhlükəli xəstəliyə tutulduğuna görə həyat fəaliyyəti məhdudlaşan şəxslər üçün isə psixoloji zədələrin aradan qaldırılması məqsədi ilə psixososial dəstək veriləcək, xəstəliyin mərhələsindən asılı olaraq tibbi müayinələr aparılacaq. Sosial yadırğama (dezadaptasiya) və sosial məhrumiyyət (deprivasiya) vəziyyətində olan şəxslər üçün də fərdi iş planına əsasən sosial-psixoloji və tibbi-sosial xidmətlər təşkil ediləcək.
Çətin həyat şəraitində olan şəxslərin (ailələrin) cəmiyyətə inteqrasiyasını təmin etmək məqsədilə onlara sosial məsləhət yardımı xidməti göstəriləcək.
Qeyd edək ki, "Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 14 mart tarixli 600 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası NazirlərKabinetinin 2014-cü il 22 aprel tarixli 108 nömrəli qərarı ilə "Çətin həyat şəraitində olan şəxslərə (ailələrə ) dövlət büdcəsinin vəsaitihesabına göstərilən sosial xidmətin zəmanət verilmiş həcmi” təsdiq edilib.
Qərarda xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti, habelə onlara qulluq və kömək edə biləcək əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan şəxslər (ailələr), xəstəliyin terminal (son) mərhələsində olan vətəndaşlar, sağlamlıq imkanları məhdud uşaqlar, habelə baxımsız və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayan uşaqlar üçün evdə (səyyar) sosial xidmət, yarımstasionar (günərzi) sosial xidmət, stasionar sosial xidmət, sosial məsləhət yardımı və həmin xidmətlərin həcmi müəyyənləşdirilib. Bu xidmətlər həmçinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, insan alveri qurbanları, məişət zorakılığından zərərçəkənlər, müəyyən yaşayış yeri olmayan şəxslər, ictimai təhlükəli xəstəliyə tutulduğuna görə həyat fəaliyyəti məhdudlaşan insanlar, sosial yadırğama (dezadaptasiya) və sosial məhrumiyyət (deprivasiya) vəziyyətində olan vətəndaşlar üçün nəzərdə tutulub.
Sənədə əsasən, xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti, habelə onlara qulluq və kömək edə biləcək əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan şəxslərə (ailələrə), xəstəliyin terminal (son) mərhələsində olan şəxslərə yemək (o cümlədən diyetik yeməklər) hazırlanmasına köməklik ediləcək. Özünə qulluq edə bilməyən xəstələrin yedizdirilməsi və qabların yuyulması, onlar üçün zəruri ərzaq, sənaye və məişət mallarının alınması, mənzillərinin yığışdırılması və təmizlənməsi, yataq və geyim əşyalarının yuyulması, ütülənməsi, mənzil pulunun və digər kommunal xərclərin ödəniməsi təşkil olunacaq. Onlar sosial-psixoloji, tibbi-sosial xidmətlərlə təmin edilməklə yanaşı, zəruri hallarda evə həkim çağırılacaq, dərman alınacaq, sosial xidmətə götürülmüş vətəndaş vəfat etdikdə onun dəfni ilə bağlı məsələlərin həllinə köməklik göstəriləcək.
Sağlamlıq imkanları məhdud uşaqların gündəlik həyatda lazım olan vərdiş və bacarıqlarının, böyük və kiçik motorika, ünsiyyət və koqnitiv bacarıqlarının inkişaf etdirilməsi, onlara sosial-pedaqoji və sosial-psixoloji xidmətlərin göstərilməsi təşkil ediləcək. Həmin uşaqların və ailələrinin sosial inkluziyasına köməklik ediləcək, uşağın inkişafı üçün valideynlərə müvafiq məsləhətlər veriləcək, o cümlədən zəruri yardımçı cihaz və vasitələrdən istifadə öyrədiləcək. Baxımsız və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayan uşaqlara sosial-psixoloji və sosial-hüquqi xidmətlər göstəriləcək.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi