Şura sədri Almaniyaya səfərə gedir

img

05-05-2014 [20:35]


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev 6-9 may tarixlərində Almaniyada səfərdə olacaq. 

Şuranın mətbuat xidmətindən Mia.az-a daxil olan məlumata görə. Azay Quliyev Avropa İnsan Haqları Mərkəzinin təşkilatçılığı ilə Bundestaqda müxtəlif siyasi partiyaları təmsil edən deputatlarla görüşəcək. Səfər proqramına uyğun olaraq A.Quliyev "Avroqafqaz” təşkilatının reallaşdırdığı layihə çərçivəsində "Almaniya ictimaiyyəti Dağlıq Qarabağ münaqişəsi haqda nə bilir?” mövzusunda təşkil edilmiş dəyirmi masada, eləcə də Liberal Türk-Almaniya Assosiasiyasının "Almaniyanın Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfəsi” mövzusunda keçirəcəyi müzakirələrə qatılacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA