"Dağıntılar altından sağ çıxdı" xəbəri yayılan futbolçu... - "O, hələ də çökən binanın altındadır"

img

08-02-2023 [16:39]


Bu gün səhər Türkiyədə zəlzələdə dağıntılar altından çıxarılıraq xəstəxanaya aparıldığı deyilən  "Hatayspor" komandasının oyunçusu Kristian Atsu barədə yayıan xəbər yalam çıxıb.

Mia.az Haberler.com-a istinadla xəbər verir ki, bu barədə futbolçunun  baş məşqçisi Volkan Dəmirəl açıqlama verib.

O bildirib ki, səhər Atsunun yaralı çıxarılaraq Dördyol xəstəxanasına aparılması barədə yayılan xəbər doğru deyil: "Xəbərdən dərhal sonra klubumuzun həkimləri xəstəxanada olublar, ancaq Atsunu orada görə bilməyiblər. Başqa xəstəxanalara da baxılıb, yoxdur. Ondan hələ də xəbər ala bilmirik".

Baş məşqçi deyib ki, futbolçuları hələ də dağıntı altında qalır.

Xatırladaq ki, bu gün səhər futbolçunun meneceri Nana Seçer onun sağ çıxarıldığını açıqlamışdı:  "O, günü-gündən yaxşılaşır. Mənə həm klubdan, həm də xəstəxanada belə məlumat veriblər".

Menecer bildirib ki, Atsu zəlzələ günü gecə saat 3.30-dək dostunun evində olub: "O, həmin vaxt dostunun evindən çıxaraq öz yaşadığı evə yollanıb. Evə girəndən 20 dəqiqə sonra isə belə zəlzələ olub və o, dağıntı altında qalıb".

Xatırladaq ki, fevralın 6-da baş verən zəlzələdə 8 mindən çox ölən var.

Fərid,

Mİa.az

.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR