Dağıntılar altından çıxarılan futbolçu xəstəxanada vəfat edib

img

08-02-2023 [12:02]


Türkiyədə zəlzələdə dağıntılar altından çıxarılan futbolçu xəstəxanada vəfat edib.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, o, yanvar ayının 15-də "Altınordu" klubundan "Kahramanmaraş İstiklalspor"a transfer olubmuş.

Fevralın 6-da baş verən zəlzələ zamanı onun qaldığı klubun yataqxanası da çöküb. Çətinliklə dağıntılar altından çıxarılan futbolçu dərhal xəstəxanaya aparılıb. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq, 25 yaşlı futbolçunun həyatını xilas etmək mümkün olmayıb.

Klub və futbol ictimaiyyəti onun vəfatı ilə bağlı başsağlığı yayıblar.

Allah rəhmət eləsin!

Fərid,

Mia.Az


Digər xəbərlər
SON XƏBƏRLƏR