Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
08-02-2023 [00:07]
Qoç - enerjili və aktiv olun. Rəqiblərinizi üstələyin, onları geridə qoyun. Bu gün səsləndirəcəyiniz ideyalar pis olmasa da, onların hələlik vaxtı çatmayıb. Ətrafınızdakılar sizi sadəcə, anlamaya bilərlər. Uğur əldə etmək üçün fəaliyyət azadlığı olmalıdır. Sərbəst fəaliyyətə nail olmaq üçün işgüzar tərəfdaşlarla münasibətləri korlamayın.
Yeni tanışlıqlar üçün yaxşı gündür. Kimin kim olduğunu anlamağa çalışın.
Müasir texnika almaq olar. Alış-veriş üçün düşərli zamandır.
Buğa - müsbət təmayüllərin təsiri artır. Gün bir sıra məqamlar baxımından uğurlu gündür. Ətrafınızdakı insanlarla tez dil tapmağa çalışın. Yeni hamilərlə əlaqələr qura bilərsiniz. Bu gün sizi ruhlandıracaq şəxslə görüş istisna deyil.
Kiçik problemlərin həllinə izafi qüvvə sərf etməyin. Qeyri-standart məsələlərin həlli çox vaxt alacaq. Sadəcə, məntiqə və imkanlarınıza güvənməyin. Köhnə dostlardan və ya yaşlı qohumlardan birindən məsləhət almaq olar.
Əkizlər - günün ilk yarısı sakit, məhsuldar dönəmdir. Çətin problemləri həll edəcəksiniz. Yaxın ətrafınızdakı insanlardan fərqli olaraq daha qətiyyətli və əzmkar olun. Saatlar keçdikcə çalışdığınız insanlarla dil tapmaq müşkül olur. Bu da təbii ki, işə təsir edir.
Gizli saxlamaq istədiyiniz məlumat və ya xəbər yayılır. Bədxahlarınızdan biri bu xəbəri yaymaqla sizə ağır zərbə vurmağa can atır. Planlaşdırılmamış alış-veriş uğursuz olacaq, çox vaxt alacaq.
Xərçəng - peşəkar fəaliyyət sahəsində ciddi uğurlara nail ola bilərsiniz. Yeni imkanlar yaranır. Şanslardan istifadə edin. Yaxınlarınızdan biri və ya ətrafınızdakı bir neçə insan iş prosesinə müdaxilə etdikləri üçün səhvlərə yol verə bilərsiniz.
Emosional fon əlverişli deyil. Hisslərinizə hakim olun, emosiyaların təsirinə düşməyin. Yaxın qohumlarla münaqişə yaratmayın. Kor-koranə, mənasız qısqanclıq sevdiyiniz insanla münasibətlərinizi pisləşdirə bilər.
Şir - ünsiyyət, şəxsi işlərin müzakirəsi, yeni tanışlıq və ya əməkdaşlıq üçün əlverişli gündür. Tərəfdaş və ya şərikinizi anlamağa çalışın. Niyyət və ya istəkləri qulaqardına vurmayın. Sizi aldatmağa çalışacaqlar. Yalan danışmayın.
Yeni işlərə başlamaqdan çəkinməyin. Günün ikinci yarısı xoş olmayan situasiyalar vəd edir. Əslində isə hər şey düşündüyünüz kimi çətin və müşkül deyil.
Kiçik səfər və ya səyahətdə fayda var.
Axşam saatlarını aktiv istirahətə həsr edin.
Qız - hər şey yaxşıdır. Darıxmağa vaxt olmayacaq. Qərarları sürətlə qəbul edin. Situasiyadakı dəyişikliklərə aktiv şəkildə uyğunlaşın. İmprovizə pis olmaz. Kiçik maliyyə itkiləri istisna deyil. Alış-veriş sizi razı salmayacaq.
Ailə üzvləri ilə münaqişə yaratmayın. Münasibətlərdə xırda nüansa görə çətinlik yaranarsa, problemin fəsadlarını aradan qaldırmaq asan olmayacaq.
Dövlət qurumları, xüsusilə də hüquq-mühafizə orqanlarının mənsubları ilə təmaslar məsləhət deyil.
Tərəzi - əhatənizdəki insanların münasibəti sizi sevindirəcək. Diqqət mərkəzindəsiniz. Arzu və istəkləriniz diqqətdən kənarda qalmayacaq.
Planlarınızdan birini reallaşdırmaq üçün əlverişli zaman seçin.Tələblər və iradların sizi yormasına imkan verməyin.
Günün ikinci yarısında problemlər olacaq. Uğurlarınıza paxıllıq edənlər sizə maksimum çətinliklər yaratmağa çalışacaqlar. Ruhdan düşməyin, geri çəkilməyin. Rəqib və ya bədxahı yerində oturdun.
Əqrəb - çoxdan bəri reallaşdırmaq istədiyiniz planları həyata keçirmək üçün münasib gündür. Başladığınız işləri mütləq şəkildə bitirin. Tamamilə yeni işlərdə uğura nail ola bilərsiniz. Yeni informasiyanı tez əxz edin. Məlumatlardan bəziləri az sonra karınıza gələ bilər. Görüş və danışıqlar üçün əlverişli zamandır. Faydalı tanışlıqlar istisna deyil.
Səfər və ya səyahət əhvalınızı yaxşılaşdıracaq. Yaşam arealındakı dəyişiklik müsbət təsirə malikdir.
Axşam saatlarında nikbin olun.
Oxatan - günün ilk yarısında əhvalınız xoş olmayacaq. Sevinc üçün səbəblərin az, qıcıqlıq və stress üçünsə çox olduğunu düşünürsünüz. Ətrafınızdakı insanların əsəblərini tarıma çəkərək onların səbrini yoxlamayın. Münaqişələrə səbəbkar olmayın.
Günün ikinci yarısında kiçik, amma xoş hadisələr baş verəcək. Müsbət təmayüllərin təsiri artır.
Dostlarla görüş və romantik təmaslar üçün yaxşı vaxtdır.
Oğlaq - təlaşa qapılmayın, narahat olmayın. Sakit və soyuqqanlı çalışsanız, gün uğurlu olacaq. Uğura əmin olun, qətiyyətlə davranın. Səfərə yollanmaq, şəraiti dəyişmək olar. Rutin məsələlərin həllini unutmayın. Gəlir istisna deyil.
Yaxşı tanımadığınız insanlara etibar etməyin. Maliyyə və ya digər maraqları olan insan etimadınızdan sui-istifadə edə bilər. Risk etməməyə çalışın.
Şəxsi münasibətlərdə düşünülməmiş təşəbbüslər məsləhət deyil.
Dolça - başladığınız istənilən işi tam bitirməyə çalışın. Yeni işiniz mühüm, məqsədiniz isə genişmiqyaslı olsun. Səfərə yollana bilərsiniz. Bir zamanlar məhsuldar əməkdaşlığınızın olduğu insan maraqlı işgüzar təşəbbüs və ya təkliflə qayıdacaq.
Sərfəli saydığınz şərtlərdə israr edin. Situasiyanı nəzarətdə saxlayın.
Ev və məişət qayğıları artır. Narahat olmayın, bütün çətinlikləri dəf etmək olar. Xırda çətinliyin qarşısında geri çəkilməyin. Nikbinliyiniz ətrafınızdakılara da sirayət edəcək. Əmin olun ki, fəlakət saydığınız problemin həlli çox sadədir.
Balıqlar - məşğul olduğunuz iş nə qədər mürəkkəb və mühüm olarsa, gününüz bir o qədər uğurlu alınacaq. Sizin üçün yeni sahədə böyük uğurlara nail ola bilərsiniz. Yardımlardan imtina etməyin.
Dostlarınızın köməyindən yararlanın.
Kiçik, amma bahalı əşyalar almaq üçün əlverişli gündür. Romantik təmasın yaxşı keçməsi üçün var qüvvənizlə çalışın.
Səmimi, həssas olun.
Milli.Az
"Fənərbağça" bu futbolçuya qapnı göstərdi: "Özünə yeni klub tap!"
Yunanıstanda güclü zəlzələ olub - 5,8 bal gücündə
Üzərinə həbs qoyulmuş əmlaklar... - Yeni qaydalar müəyyənləşib
Bu qanunu pozanlar cəzalandırılacaq - Detallar
Yeni tiklilərə su necə veriləcək? - Qanun dəyişdi
"Bavariya" Arda Güləri transfer etmək istəyir
Daha 163 dövlət əmlakı hərraca çıxarılıb
Deputatlar toplanıb: daha 21 məsələ müzakirəyə çıxarılıb - SİYAHI
YOXSULLUQ və YOXSULLAR
"İncə səhər" verilişində qalmaqallı rəqs...- VİDEO
İsrail Hələb hava limanını bombalayıb - Xeyli ölən və yaralanan var
Jurnalist İdrak Camalbəyli qəfil vəfat etdi
Ombudsman bəyanat yayıb - MƏTN
Türk aktyor COVİD-ə yoluxub - Filmin çəkilişi təxirə salınıb
Qəzzada bir ev vuruldu: 13 nəfər həlak olub, yaralılar var
İstanbulda nəhəng xalça fabriki yanıb - FOTOLAR
Qazaxda əməliyyat: Şöhrət Orucov saxlanılıb
Füzuli şəhərinə daha 138 nəfər köçürülüb
Azərbaycan neftinin qiyməti 90 dollara çatır
Professor Tufan Axundov vəfat edib
XİN başçısı: "Putin bu qüsuru gizlətməyə çalışır"
Roma Papası 12 qadın dustağın ayağını yudu və öpdü - FOTO
İsrail Dəməşqi yenidən vurub - Yaralılar var
İtaliya XİN başçısı İsrailə çağırış edib: "Rəfaha girməyin" - "İki dövlət modeli üçün çalışırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ramazanın 19-cu günü: imsak və iftar vaxtları
"Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın” - DİN sözçüsündən xəbərdqarlıq
Rəsul Bağırov BMT-nin rezident əlaqələndiricisi təyin olunub
Nazir daha bir xanıma yüksək vəzifə verdi - FOTO
Premyer Liqa: növbəti turun təyinatları bəlli olub
Ağdərədə qumbaraatan və pulemyot tapılıb
Türkiyə kubokunun təqvimi açıqlandı
Əməkdar artist Rahib Əliyev vəfat edib
Daha bir sosial media fenomeni tutulub - Xanımı ilə birgə
Qəzzada yardım gözləyənlər bombalanıb: 6 nəfər ölüb, yaralılar var
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
SABİQ NAZİRİN OĞLU İSTİNTAQA İFADƏ VERDİ - 400 minlik iddia ilə bağlı sensasion məlumat yayıldı